Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Konstitusiyasının dəyişdirilməsi, dəhliz və anklavların qaytarılması tələblərini davam etdirir.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşrinin yaydığı məlumatda bildirilib.
Nəşr Qazaxın hazırda işğalda qalan 3 kəndinin geri tələb edilməsini Azərbaycanın “Ermənistan-Gürcüstan dövlətlərarası yolunun bir hissəsinə iddia” kimi təqdim edib. Halbuki anklavlar tələbi Azərbaycanın haqqıdır, o ayrı məsələ ki, hazırda işğalda qalan Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin ərazisindən Ermənistan-Gürcüstan dövlətlararası yolu keçir və təbii ki, bu yolun bir hissəsi Azərbaycan ərazisidir.
Nəşr iddia edib ki, Paşinyan qapalı iclasda İlham Əliyevin Kərkini, eləcə də Tavuşda Azərbaycana məxsus olan üç kəndi, o cümlədən Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun bir hissəsini tələb etməsi barədə partiyadaşlarını məlumatlandırıb. “Yerkrapa” təşkilatının sədri, Mülki Müqavilə Partiyasının İdarə Heyətinin üzvü Sasun Mikaelyan qapalı iclasda Paşinyana sual verib: “Kərkini Başkəndlə əvəzləmək mümkün deyilmi? Aydındır ki, Kərkinin verilməsi ilə Zəngəzur və Dərələyəzin Ermənistanın qalan hissəsi ilə əlaqəsi kəsiləcək”. Paşinyan isə bu sualdan qəzəblənib: “Məni cinayətə sövq edirsən? Mən Ermənistan Respublikasına məxsus ərazi ilə bağlı birtərəfli qərar qəbul edib öz imzamla Başkəndi Azərbaycanın tərkibinə necə verə bilərəm?”.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı