ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar təklifini əks etdirən məktubu ali dini lider Əli Xameneiyə göndərmişdi. Bununla Tramp İranda söz sahibinin ali dini lider olduğunu qəbul etmişdi. Ali dini lider əvvəlcə Trampa cavab məktubu göndərmək istəmirdi, sonra fikrini dəyişdi, müşaviri Əli Şəmxani bildirdi ki, Tehran Vaşinqtonla dolayı danışıqlara açıqdır, ancaq bunun üçün “bərabər əsaslı və qarşılıqlı hörmətə əsaslanan şərtlər” olmalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Tramp iranlı həmkarı Məsud Pezeşkiana məktub göndərməsə də, o da Ağ Ev sahibinə cavabında ali dini liderin söylədiklərini təkrarladı:
“Pezeşkian bildirdi ki, vasitəçilər üzərindən danışıqlar mümkündür: “ABŞ əvvəlcə etimadı bərpa etməli, keçmişdəki yanlışları aradan qaldırmalıdır”. Gör kimə və nəyi məsləhət görürlər. Tramp “yanlışları aradan qaldırsaydı”, Barak Obamanın dövründə İranla imzalanan nüvə razılaşmasına geri qayıdış edərdi. Ağ Ev sahibi həmin razılaşmaya qayıtmaq istəmir, o, Tehrandan yeni razılaşmanın müzakirəsini tələb edir. Tehran, daha doğrusu, Qum isə Trampla nə birbaşa dialoqa tərəfdardır, nə də Ağ Ev sahibinin şərtlərini qəbul edir. Belə olan halda Tramp İrana qarşı hədələyici tonunu sərtləşdirib. Ağ Ev sahibi “NBC Nyus” kanalına müsahibəsində bildirib ki, əgər İran razılığa gəlməsə, bombardman olacaq və bu, onların indiyədək heç vaxt görmədiyi zərbə olacaq. İsrailin də Trampdan istədiyi budur”.
- Yaşayış kompleksində yanğın: maşınlara ziyan dəydi - Foto
- Bakıda “zombi şousu”: uşaqlar üçün təhlükəli ola bilər
- İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında
- 200 milyon avroyadək qrant ayrılacaq - Bakıda mühüm elan
- Belçika möhtəşəm geridönüşlə 1/8 finalda - Yenilənib
- Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - Siyahı
- Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü+Yenilənib
- Ləman Ələşrəfqızını aldatdılar - İqbal Ağazadənin adından+Foto