Fransada sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penin həbsi və siyasi fəaliyyətinə 5 il qadağa qoyulması ilə bağlı yayılan xəbərlər siyasi arenada ciddi müzakirələrə səbəb olub. Avropada sağ və mərkəz sağ qüvvələrin öncül simalarından biri olan Le Pen son prezident seçkilərində Emmanuel Makrona az fərqlə məğlub olmuşdu, lakin ölkədə böyük bir elektorata sahib olduğu üzə çıxmışdı.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Turab Rzayev deyib.
“Le Penin Rusiya ilə əlaqələrinə dair ittihamlar, ona qarşı antireklam kampaniyaları və siyasi nüfuzunun azaldılması cəhdi Avropanın demokratik prinsipləri ilə uzlaşmır. Bu, Fransada siyasi böhranın dərinləşdiyini və demokratik institutlara olan inamın sarsıldığını göstərir.
Makron hökuməti son parlament seçkilərində ciddi məğlubiyyətə uğrayıb və hazırda hökumət daxilində də parçalanma yaşanır. Baş nazirlə Makron arasında fikir ayrılıqları mövcuddur və bu, ölkədə hökumət böhranını daha da kəskinləşdirir. Bütün bunlar fonunda Le Penə qarşı atılan addımlar Avropanın ikili standartlarını bir daha gündəmə gətirir”, - o bildirib.
Politoloq qeyd edir ki, son illər liberal elita daha radikal mövqeyi nümayiş etdirir:
“Bənzər hadisələr ABŞ-da və digər Qərb ölkələrində də müşahidə edilir. Donald Trampın siyasi mübarizəsi və ona qarşı aparılan məhkəmə işləri, Almaniyada sağçı qüvvələrin təzyiqə məruz qalması və Britaniyada mühafizəkarların daxili problemləri Avropada liberal elitanın mövqeyini qorumaq üçün bütün vasitələrdən istifadə etdiyini göstərir. Eyni zamanda, Le Penin həbsi Fransa və ABŞ arasında münasibətlərin gərginləşəcəyini, aranın açılacağını göstərir. Çünki ABŞ buna mənfi reaksiya verəcək. Böyük ehtimalla Avropada elita var-gücü ilə liberal diktaturanı qorumağa çalışır. ABŞ-dakı kimi onun devrilməsinə göz yummaq istəmir”.
- Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video
- 1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video
- Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto
- İlham Əliyev Özbəkistana dəvət edildi
- Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...
- Ermənistanda Türk dilinin tədrisi... - Andreasyan
- Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər
- Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemi dəyişdi