Elm və təhsil naziri Emin Əmrullayevin son açıqlaması səs-küy yaradıb. Belə ki, nazir Azərbaycanda bəzi elmi qurumların illik büdcəsinin 1 milyon manat olduğunu, lakin onların il ərzində cəmi bir məqalə dərc etdiyini deyib. Nəticədə, ölkə üzrə bir elmi məqalənin ortalama 35 min manata başa gəldiyi bəlli olub.
Bu pullar hara gedir? Nazirlik niyə tədbir görmür?
BUTA.TV xəbər verir ki, Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, nazirin dediklərində 50 faiz həqiqət payı var:
“Son 3-4 ildə “Scopus” bazasında təxminən 3600-ə yaxın Azərbaycana aid məqalə nəşr olunub. Yəni müəyyən qədər də olsa, bu istiqamətdə işlər görülür. Çatışmayan tərəflə bağlı nazirə haqq qazandırıram. Bəzi elmi qurumların büdcəsi 1 milyon manat, hətta bəzən artıq təşkil edir. Lakin ildə bir məqalə dərc edə bilirlər, ya etmirlər. Görünür, formalaşan büdcə, sərfiyyat başqa istiqamətə yönləndirilir. Həmin maliyyənin hesabatı açıqlanmalıdır. Bunun olmaması bəzi qurumlarda araşdırmalara başlanılmasına vadar edir. Elm və Təhsil Nazirliyi, Hesablama Palatası yoxlama apara bilər. İstənilən halda, maliyyə itkisinin qarşısı alınmalıdır”.
“Sarkisyan və Koçaryan Azərbaycana təhvil verilə bilər, bir şərtlə ki...”
Ekspert bildirib ki, son illər bəzi universitetlərin məqalələrini nüfuzlu təşkilatların hesabatında görürük:
“Amma 50-dən çox fəaliyyət göstərən ali təhsil müəssisələri arasında az sayda universitet adlarının yer alması ürəkaçan deyil. Elə təşkilatlar var ki, beynəlxalq və elmi əhəmiyyəti olmayan müəyyən tədbirlər, konfranslar keçirirlər və belə yerlərə formalaşan büdcədən pul ayırırlar. Nəticədə maliyyəni sağa-sola xərcləyirlər”.
- Samvel Karapetyan Paşinyanı məhkəməyə verdi
- Bu atları saxlayanlara 1000 manat veriləcək
- Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
- Məmurlar pullarını bankdan niyə gizlədir? – Əsas səbəb AÇIQLANDI
- Qızıl qaçaqmalçılığında təqsirləndirilən eks-baş konsul Azər Qasımovun qardaşıdır
- Bakının bu ərazilərində mənzil alanlar xeyli pul qazanacaq
- Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var-Yenilənib
- Məktəblərdə sinif otaqları kirayə verilir – SƏRT TƏNQİD