Azərbaycanın müstəqillik əldə etməsindən sonra İrandan qadağan olunmuş məhsulların ölkəmizə daşınmasına az qala hər gün cəhdlər edilib və edilir. Son vaxtlar isə qanun pozucuları PUA-lardan istifadə etməyə başlayıblar.
Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov İrandan PUA-larla ölkəmizə narkotik daşınmasına cəhdlə bağlı xəbərləri şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, DSX İran tərəfi ilə bir neçə dəfə həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə bu məsələni gündəmə gətirib:
“Bilirik ki, narkotik qaçaqmalçılığı böyük bir şəbəkə tərəfindən həyata keçirilir. Onlar müxtəlif texnologiyalardan istifadə edirlər. Lakin DSX ən müasir avadanlıqlara sahibdir. Sərhəd zastavalarında bu texnologiyalar quraşdırılıb və bütün proseslər nəzarət altındadır. Bu səbəbdən də narahatlığa əsas yoxdur”.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Ekspert vurğulayıb ki, İran öz tərəfindən bu hallara qarşı mübarizəni gücləndirməlidir:
“PUA-lardan istifadə hər bir ölkənin öz daxili qərarları ilə tənzimlənir. Bildiyim qədəri ilə İranda bu məsələlərlə bağlı qanun mövcuddur və mülki məqsədlərlə PUA-ların istifadəsinə icazə verilir. Onlar əsasən kənd təsərrüfatı, meşə və əkin sahələrinə nəzarət məqsədilə tətbiq edilir. Bəzilərinin müəyyən yükgötürmə qabiliyyəti də var. Görünür, İran sərhəd ərazilərdə yükgötürmə qabiliyyəti olan PUA-ların alınması və istifadəsinə yenidən nəzər salmalıdır”.
- Ancelina Coli Ukraynaya səfər etdi
- “Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq
- Szinpin bu türk ölkəsinə səfər etdi
- Ukraynanın məğlubiyyəti yaxınlaşır - Peskov
- Kipr sahillərində 297 sərnişinin olduğu gəmi batır
- Dəhşətli anlar: Təyyarəni qaçırıb AES-ə doğru sürdü
- ABŞ-la neft sazişi: Rodriges detalları açıqladı
- “Hər bir ailənin öz yaxınlarının taleyini bilmək hüququ var”