Müğənni Günel Ələkbərova “İki üz” verilişində qalmaqallı açıqlamalar verib.
İfaçı atasından gileylənib: “Atam dünyasını dəyişib. Bu haqda danışmaq istəmirəm. Onun həyatda olmamağı məni məyus etmir. Çünki mən ondan nə sevgi, nə də qayğı görməmişəm. Hətta həyatımda nə isə baş veribsə, bu atasızlıqdan olub. Həyatımda nə isə düz getməyəndə həmişə onu günahlandırıram. Heç vaxt onu bağışlamayacam, baxmayaraq ki, o dünyasını dəyişib. O pis insandır. Yaxşı insan övladını heç vaxt atmaz”.
O, atasını belə xatırladığını ifadə edib:
“Mənə zəng elədilər ki, can üstədir səni görmək istəyir. Getmədim. İndiyə qədər onu bağışlamıram. Bağışlamayacam da. Ümumiyyətlə, uşaqlıqdan mən onu tanımırdım. Məktəbdə oxuyanda məni oğurlamaq istəyiblər. Bir də universitet vaxtlarında gəlmişdi ki, mən sənin atanam, ananla bizi ayırdılar. Anamla sevib ailə qurmuşdular. Mənim ataya ehtiyacım olan zamanlarımda yanımda olmadı, böyüyəndən sonra iki dəfə cəhd göstərdi deyə, bu o demək deyil ki, yaxşı atadır. Elə bir şey yoxdur.
Arzu edirəm ki, bütün övladlar, xüsusilə də qızlar atası ilə böyüyər. Çünki atasız qıza çətindir. Bizim cəmiyyətdə də yanaşma fərqlidir. Baxırsan ki, ağıllı, kamallı, savadlı qızdır. Ancaq atası yoxdur deyə bir az başqa cür baxırlar”.
- Yaxın günlərdə qar və çovğun olacaq? – Rəsmi
- Bakının bu rayonu susuz qaldı
- Bakıda tramvay xətti çəkilir: nə dəyişəcək?
- Sabah hava necə olacaq?
- Azərbaycan vətəndaşı Türkiyədə ələ keçdi - Video
- Arayik Arutyunyana hökm oxundu
- Arvadından sonra qızı da işdən çıxarıldı
- Ağcabədidə 6 yaşlı uşaq bıçaq xəsarətləri aldı