Türkiyə Azərbaycana səfər edəcək İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsi üçün hava məkanını açmayacaq.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
"İsrail Baş naziri Benyamin Netanyahunun mayın 8-də Azərbaycana səfəri üçün Türkiyə hava məkanının açılması ilə bağlı qətiyyən heç bir razılıq yoxdur. Türkiyə hava məkanını İsrail təyyarələri üçün bağlayıb", - deyə məlumatda bildirilir.
Mərkəz əlavə edib ki, səmanı bağlamaq qərarı İsrailin Qəzza zolağı ilə bağlı siyasəti ilə əlaqədar verilib. Eyni zamanda Türkiyə Fələstinə dəstəyini davam etdirəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin bu ay Azərbaycana gözlənilən səfəri zamanı B.Netanyahunun təyyarəsinin hava məkanından keçməsinə icazə verməsi ilə bağlı məlumat yayılmışdı.
Bu gün isə Türkiyə XİN məsələ ilə bağlı hər hansı müraciətin olmadığını bəyan edib.
- Nəzrinin ölümünə görə həbs edilən həkim azadlığa buraxıldı
- Dubayda toy edən Nurullayevi Piterdə niyə döymüşdülər?
- MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto
- Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi
- Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür
- Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...