Qroznıda gizli görüş: Putin Kadırovu bağışlamayacaq

14:19 - 23 May 2025 - DÜNYA

 Qroznıda gizli görüş: Putin Kadırovu bağışlamayacaq

Çeçenistan rəhbəri Ramzan Kadırovun 6 may tarixində istefası barədə qəribə bəyanatı ilə bağlı detallar açıqlanıb.

BUTA.TV xəbər verir ki, bu barədə VÇK-OQPU Teleqram kanalı mənbələrə istinadla yazıb.

Qeyd olunub ki, istefa xahişindən bir müddət öncə, yəni aprelin sonunda Moskvadan Qroznıya fövqəladə hallar naziri Aleksandr Kurenkovun rəhbərlik etdiyi nüfuzlu nümayəndə heyəti gedib:

“Paytaxtdan gələn qonaqlar yerli xilasedicilərin işi ilə tanış olub, həmçinin yeni dəmiryol vağzalının açılışında iştirak ediblər. Əslində isə Putinə yaxın adamlardan biri, onun keçmiş şəxsi köməkçisi Aleksandr Kurenkov Ramzan Kadırovla konfidensial görüş keçirib. Kadırov bu görüşdə Rusiya prezidentinin ona və ətrafına münasibətinin soyumasını müzakirə edib. Hətta bildirilib ki, Putin özünəməxsus şəkildə artıq Kadırovla telefonla belə əlaqə saxlamır. Bəzi məlumatlara görə, bu münasibət ona görə soyuyub ki, Kadırov Putinə özündən sonra Çeçenistan rəhbəri postuna oğlu Adam Kadırovu təqdim edib”.

Kanalın məlumatına görə, Kurenkovla Qroznıya həyat yoldaşı Yelena Milskaya da gedib:

“Hələ Kadırovun siyasi karyerasının başlanğıcından bəri Milskaya Putinin xahişi ilə onun estetik tərbiyəsi ilə məşğul olurdu. O, Ramzanı qeyri-rəsmi şəkildə daim nəzarətdə saxlayır və onu necə idarə etməyi yaxşı bacarır. Mənbənin bildirdiyinə görə, onlar Kadırovu sərt şəkildə xəbərdar ediblər: Putinlə keçiriləcək görüşdən əvvəl və görüş zamanı Kadırov göstərməlidir ki, “çeçen taxtının” taleyi yalnız “rəhbər”in – yəni Putinin əlindədir və Adam haqqında heç bir söz demək olmaz”.

Vurğulanıb ki, Kadırov deyilənlərin hamısını yerinə yetirsə də, Putinin münasibəti dəyişməz qalıb:

“Kurenkov və Milskaya tərəfindən təşkil olunan görüşə baxmayaraq, Putin Kadırova qarşı soyuq münasibətini dəyişməyib. Mənbənin fikrincə, Kadırovun Çeçenistanda hakimiyyətin varisliyi ilə bağlı sualı Putin tərəfindən onun hakimiyyətinə qarşı təhdid kimi qəbul olunub və bunu o, yəqin ki, bağışlamayacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol