Keçmiş Müdafiə Sənayesi naziri Yavər Camalovun vəfatından 7 il keçməsinə baxmayaraq, onun mirası ilə bağlı vərəsəlik məsələsində problemlər yaşanır.
Gununsesi.info-nun məlumatına görə, mərhum nazirin həyat yoldaşı bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edib. Məlumata görə, vərəsəliklə bağlı prosedurlar hələ də başa çatmayıb və Camalovlar ailəsi qanunvericiliyə əsasən vərəsəlik haqqında şəhadətnamə ala bilmir.
Əsas problem, qanunvericiliyə əsasən birinci dərəcəli vərəsələr sayılan həyat yoldaşı, övladlar və valideynlərin dəqiq şəkildə müəyyənləşdirilməsində yaranıb.
Valideynlərin kimliyi Yavər Camalovun doğum haqqında şəhadətnaməsində öz əksini tapır.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Lakin ailəsi bu sənədi əldə etmək məqsədilə müxtəlif dövlət qurumlarına müraciət etsə də, müsbət cavab ala bilməyib. Bu səbəbdən “doğum faktının müəyyən olunması” tələbi ilə məhkəməyə müraciət edilib.
Məhkəməyə təqdim olunan ərizədə göstərilib ki, mərhumun doğum faktının müəyyən olunması onun mirası üzrə vərəsəliyin rəsmiləşdirilməsi üçün zəruridir. Əks halda, notariat orqanına təqdim olunmalı sənədlər tam olmadığından nə həyat yoldaşı, nə də övladları vərəsəlik haqqında şəhadətnamə ala bilirlər. Məhkəmə ərizəçinin müraciətini təmin edib.
Onu da qeyd edək ki, məhkəmə prosesində mərhumun ögey bacı və qardaşları da ifadə veriblər.
Xatırladaq ki, Yavər Camalov 1949-cu ildə Sabirabad rayonunda anadan olub. O, 2006–2018-ci illər ərzində Müdafiə Sənayesi naziri vəzifəsində çalışıb. 2018-ci il iyunun 23-də, müalicə olunduğu İsrail xəstəxanasında vəfat edib.
- Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib - Foto
- Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - Video
- Bəzi ərazilərə leysan yağdı
- Bakıda azyaşlı bacı-qardaş itkin düşdü
- “Çox yox, sistemli oxumaq lazımdır” - 400 bal toplayan Paşa
- Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar
- Həftəsonu rayonlara gedənlərin nəzərinə!
- Xırdalanda yaşayış binasında yanğın - Video