Tamamilə parlaq nəticə. Ukraynanın öz uğuru. Planlaşdırmanın başlanmasından effektiv həyata keçirilməsinə qədər - bir il altı ay və doqquz gün…
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski Rusiya aerodromlarına kütləvi PUA hücumu və 40-dan çox strateji aviadaşıyıcının məhvinə səbəb olan “Hörümçək” əməliyyatı haqda qeyd edib.
“Əməliyyatımız ən genişmiqyaslı əməliyyatdır. Əməliyyata hazırlaşan adamlarımız vaxtında Rusiya ərazisindən çıxarılıb.
İndi hər şeyi deyə bilmərik, amma bunlar Ukraynanın tarix dərsliklərində mütləq yer alacaq addımlardır.
Ukrayna özünü müdafiə edir və tamamilə haqlıdır - biz Rusiyaya bu müharibəni dayandırmaq ehtiyacını hiss etdirmək üçün hər şeyi edirik. Bu müharibəni Rusiya başladı, Rusiya buna son verməlidir. Ukrayna bunun üçün hər şey edəcək.
Slava Ukrayna!” – Zelenski bildirib.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video