İsrail İranın hava hücumundan müdafiə sistemlərini (HHM) iflic etməyə nail oldu. İranın bu sistemi nə vaxt bərpa edə biləcəyi hələlik bəlli deyil. İsrail İranın hərbi rəhbərliyinin böyük hissəsini məhv etdi. Lakin bütün generallar dərhal yeniləri ilə əvəz olundu. Bu, hətta İran üçün müsbət hal ola bilər – rəhbərliyin gəncləşməsi ordunu gücləndirə bilər.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov İsrail və İran arasında zərbə mübadiləsinin nəticələri ilə bağlı fikirlərini bölüşərkən bildirib.
O, həmçinin vurğulayıb ki, İsrail mülki vətəndaşlar arasında böyük itkilərin qarşısını almağa nail oldu. Bu isə əhalini Ayətullah rejiminə qarşı siyasi etirazlara səsləmək imkanı yarada bilər:
“İsrail dünyada qalib gələn tərəf təsiri yaratdı. Bu isə beynəlxalq dəstək qazanmaq baxımından əhəmiyyətlidir. İran göstərdi ki, İsrailin hava hücumundan müdafiə sistemləri tam güclü deyil. İran İsrailin əsas hədəf olan nüvə obyektlərini tam qorumağı bacardı. Digər nəticələr isə hələlik qeyri-müəyyəndir”.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Ötən gün gecə saatlarında isə İran cavab olaraq İsrailin paytaxtı Təl-Əvivi raketlərlə vurub. Toqquşmalar hələ davam etməkdədir.
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video
- Zəngəzur dəhlizi bir neçə məqsədə nail olacağıq - Əmirbəyov
- Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto
- Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
- Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu