Aşağı Güzdək qəsəbə məscidinin imamı Turab Tahirovun Quran dərslərinə qatılan 16 yaşlı qızı qaçırması ilə bağlı yayılan məlumatlar bir neçə gündür ictimaiyyətin diqqət mərkəzindədir.
Hadisəyə bu dəfə qəsəbə sakinləri münasibət bildiriblər. Onların sözlərinə görə, baş verənlər cəmiyyətdə ciddi narazılıq yaradıb və din xadiminin bu cür olayla gündəmə gəlməsi insanları narahat edir.
"Guya deyirlər ki, Turab 20 min manat pulu götürüb qaçıb. Bunların hamısı yalandır. Qızın dediyinə görə, ona işgəncə verirdilər, pis vəziyyətdə idi. Turabın anası da ağır xəstədir. Qız da ona qulluq etmək üçün gedib", - deyə sakinlərdən biri bildirib.
Qeyd edək ki, hadisənin baş verdiyi tarix - iyunun 17-dən üç gün sonra qızın nənəsinin vəfat etdiyi bildirilir. Məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Ətraflı Baku TV-nin süjetində:
- Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...
- Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...
- Əminəm ki, burada rahat yaşayacaqsınız - Prezident
- Orban İlham Əliyevi təbrik etdi
- Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...
- Ərdoğan İlham Əliyevi təbrik etdi
- İsrail prezidenti İlham Əliyevə zəng etdi
- Putinin Əliyevə zəng etməsi... - Kremlin şərhi