Xəbər verdiyimiz kimi, Mir Mövsüm Ağa ziyarətgahında ziyarətçilərin məzarın üzərinə pul atması birmənalı qarşılanmayıb. Bəziləri bu addımı “arzuların qəbul olunması üçün edilən niyyət”, digərləri isə “rəmzi sədəqə” kimi izah edir. Halbuki qəbrin kənarında “Qəbir üstünə pul atmayın” xəbərdarlığı yer alıb.
İlahiyyatçı Elşad Miri açıqlamasında bildirib ki, islam dinində bu cür adətlərin əsasları yoxdur.
“İslamda dəfn prosesi çox sadədir – mərhum torpağa tapşırılır, balaca bir başdaşı qoyulur, vəssalam. Bu gün bizdə edilənlərin əksəriyyəti islama aidiyyəti olmayan, sadəcə adı islamlaşdırılan yanlış ənənə və adətlərdir. Qəbir üstünə pul atmaq isə sanki oradakı şəxsin “yaşayırmış” kimi qəbul edilməsinə, yaxud bu vasitə ilə Allaha rüşvət vermək düşüncəsinə gətirib çıxarır”, - o deyib.
Elşad Miri əlavə edib ki, bu cür təhrif olunmuş adətlərin geniş yayılmasının səbəblərindən biri də məscidlərin öz funksiyasını tam yerinə yetirməməsidir:
“İnsanların bu gün məscidlərdən uzaq qalması, məscidlərin sadəcə müəyyən saatlarda namaz qılmaq üçün ibadət yeri kimi istifadə olunması da bu cür təhriflərin yayılmasına səbəb olur. Unutmamalıyıq ki, islamın yeganə mənbəyi Qurandır və Qurani-Kərimdə belə adət-ənənələrə əsaslanacaq heç bir göstəriş yoxdur”.
- İlham Əliyev Ərdoğana zəng etdi
- Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama
- Fransada müəmmalı ölümlər: Makronun arvadının sirli işləri
- Şaranın Azərbaycan səfəri: Vacib olan məqamlar hansılardır?
- Şaranın Azərbaycana səfəri başa çatdı
- AZAL təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?
- İsrail və Suriya Bakıda danışıqlar keçirəcək
- Suriyada yeni hakimiyyətin qurulmasından sonra... - Prezident