“Zəngəzur dəhlizi əlbəttə açılacaq. Söhbət orada 43 kilometrlik bir ərazidən gedir. İndi deyirlər ki, ABŞ bu dəhlizi 100 illik icarəyə götürmək istəyir. Amma tərəflər hələlik buna razı deyillər. Məncə, növbəti görüşlərdə Prezident İlham Əliyev bu məsələni Paşinyanla həll edəcək. Bilirsiniz, indi müxtəlif fərziyyələr səsləndirilir, insanları çaş-baş salırlar. Kim nə deyir desin, mənə elə gəlir ki, ən düzünü ölkə başçısı bilir. Özü demişkən, “nəyi, nə vaxt və necə etməli olduğunu” yaxşı bilir. Elə bir anda görəcəyik ki, sənəd imzalanıb”.
“BUTA TV” xəbər verir ki, sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “azpolitika-info”ya müsahibəsində Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışarkən belə deyib. M.Mərdanov 2000-ci ildə Ermənistanda olduğu barədə də danışıb:
“2000-ci ildə Azərbaycanın təhsil naziri kimi Avropa Şurasının Ermənistanda keçirdiyi tədbirə qatılmışdım. Tədbirdən sonra İrəvanda onların təhsil naziri, parlament sədri və prezidenti ilə görüşdük. O zaman prezident Köçəryan idi. Dəyirmi stol arxasında söhbət edərkən məndən nə arzuladığımı soruşdular. Mən də bildirdim ki, anadan olduğum kəndi görmək istəyirəm. Mənim üçün sürücü, eyni zamanda mühafizəçi ayırdılar və öz kəndimizə getdim, evimizdə oldum.
Evimizdə yaşlı bir qadın və bir kişi yaşayırdı. Həyətimizə baxdım, çox dəyişmişdi. Bəzi meyvə ağacları qurumuşdu. Həyətdən bir qədər torpaq və bulaqdan su götürdüm. Qəbiristanlığa da baş çəkdim...”
Mərdanov Nikol Paşinyan haqda da danışıb:
“Onun əsli bizim İcevan rayonundandır. Yaxşı xatırlayıram, 70–80-ci illərdə onun əmisinin rayonun tanınmış cərrahı kimi kəndimizin üzdə olan insanları ilə yaxın münasibətləri var idi. Paşinyanla üz-üzə gəlsəm, bu məsələləri mütləq ona xatırladaram. Hesab edirəm ki, Paşinyan baş verənlərdən düzgün nəticələr çıxarmağa çalışır. Nəhayət, anlayır ki, danışıqlardan başqa yol yoxdur. Fransa və Rusiya onu yenidən qızışdırmağa çalışsa da, hiss olunur ki, Paşinyan bu prosesdən qurtulmaq istəyir”.
- “Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun!” - Tahir Kərimli
- “Paşinyanın əsli bizim rayondandır, onu görsəm...” - Misir Mərdanov
- “Yeni nəsillər də bizi buna görə tənqid edəcəklər” - Hikmət Hacıyev
- İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır
- Bu müəllimlər “tapşırıqla” işə düzəldikləri üçün imtahandan kəsildi – Şok AÇIQLAMA
- İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ
- Süni intellekt Putinin ölüm ilini proqnozlaşdırdı
- Bakının təyyarə tələbi: Moskva “fikrini” dəyişəcəkmi?