Sosial şəbəkələrdə müəllim və orta məktəb direktorlarına aid səsyazısı və videolar hələlik məhkəmə predmeti olmayıb. Elm və Təhsil Nazirliyi məsələnin prosesdə hakim qarşısına çıxmasını qabaqlayaraq həmin şəxsləri töhmət, yaxud işdən uzaqlaşdırmaqla cəzalandırır. Lakin bir çoxlarını maraqlandıra da məhz budur: valideynlər audio-video faylları məhkəməyə təqdim edərsə, onlar əsaslı dəlil hesab olunacaqmı?
Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “Yeni Sabah”a bildirib ki, əgər istintaq materiallarında və məhkəmə prosesində şəxsin məsuliyyətə cəlb olunması və ona qarşı irəli sürülən ittihamların təsdiqlənməsi üçün kifayət qədər mötəbər sübutlar mövcuddursa, audioyazılar da bu sübutlar sırasına daxil edilə bilər.
Onun sözlərinə görə, bu cür səsyazıları birbaşa sübut kimi dəyərləndirilsə də, onların hüquqi çəkisinin müəyyən olunması üçün bir sıra mühüm məqamlar nəzərə alınmalıdır:
“Audioyazının hansı şəraitdə əldə edildiyi, məzmununun dəqiqliyi, orijinal olub-olmaması, texniki baxış keçirilib-keçirilmədiyi və tərəflərin razılığı ilə qeydə alınıb-alınmadığı kimi amillər xüsusi araşdırma predmeti olur. Belə materialların istintaq üçün istiqamətverici əhəmiyyəti olsa da, yalnız bir audioyazıya əsaslanaraq şəxsin cinayət məsuliyyətinə cəlb olunması hüquqi baxımdan düzgün yanaşma deyil”.
Hüquqşünasın fikrincə, audioyazılar müstəqil və həlledici sübut statusu daşımır, onlar ancaq digər prosessual sübutlarla – şahid ifadələri, sənədlər, ekspertiza rəyləri və digər materiallarla birgə qiymətləndirildikdə hüquqi qüvvəyə malik ola bilər.
“Əgər bütün sübutlar bir-birini tamamlayırsa, bu zaman audioyazı mühüm elementlərdən birinə çevrilə bilər. Amma təkbaşına, heç bir əlavə istintaq materialı və sübut olmadan, bircə audioyazı ilə şəxsin məsuliyyətə cəlb olunması qanunvericiliyə və hüquqi prinsiplərə ziddir”, – deyə Şəmsəddin Əliyev vurğulayıb.
- AB və Azərbaycan arasında mühüm müzakirə
- Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi
- Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq
- Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı
- İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy
- Bu deputatlara vəzifə veriləcək - Siyahı
- Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq
- 3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı