Bir neçə aydan sonra Qazaxıstan hakimiyyəti Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq.
BUTA.TV TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib.
"İstintaq tamamlanır və yekun hesabatın hazırlanması mərhələsinə keçir. Düşünürəm ki, səbirli olmalıyıq, bir neçə aydan sonra yekun hesabat olacaq", - Bozumbayev AZAL-ın təyyarə qəzasının araşdırılması ilə bağlı sualı cavablandırarkən deyib.
- Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı
- Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - Video
- Xocavənd və Şuşaya köç karvanları yola salındı
- Əsgərlərin andiçməsindən səmimi - Fotolar
- Bunlar telefonunuzun tez sıradan çıxmasına səbəb ola bilər
- Ölkənin bəzi ərazilərində işıq olmayacaq
- Milli Qəhrəman Şükür Həmidovun qızının toyudur - Video
- DSX generalın vəfatı ilə əlaqədar başsağlığı verdi