Bu gün səhər saat 07:40 radələrində "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında bir qadın körpə dünyaya gətirib.
BUTA.TV bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, hadisə zamanı stansiya əməkdaşları ona ilkin yardım göstərib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.
- İrland bloger “SSRİ-nin hələ də olduğu” ölkəyə getdi
- Belçika Rusiya vəsaitləri ilə bağlı təklifi rədd etdi
- Bu ölkə Avropa Birliyindən imtina etdi
- Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
- Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
- Rusiyanın daha bir neft emalı zavodu vuruldu - Video
- Məşhur xəritə də Ontario gölünün adını dəyişdi - Foto
- Rus ordusu daha iki kəndi işğal etdi