Donald Trampın mümkün qədər çox böyük münaqişələrə son qoymuş biri kimi tarixə düşməsi vacibdir, ona görə də ABŞ Azərbaycan və Ermənistan arasında görüşə ev sahibliyi etmək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.
“Ağ Evdəki mənbələr Donald Trampın Nobel Sülh Mükafatını almaq istəyini dəfələrlə media ilə bölüşüblər. Bununla belə, Tramp maksimalistdir, onun üçün bütün böyük müharibələrə və qanlı münaqişələrə son qoymuş, bütün dünya nizamını əsaslı şəkildə yenidən işə salmış kimi tarixə düşməsi vacibdir. Onun şəxsiyyətinin miqyasını nəzərə alsaq, təkcə İran-İsrail müharibəsinin qarşısını almaq yetərli görünmür. Ona görə də artıq başa çatmış Ermənistan-Azərbaycan münaqişəsindən sığortalanmaq daha yaxşıdır”, - Arkov bildirib.
Onun sözlərinə görə, artıq sülh prosesinə start verilib və ən əsası, rəsmi Bakı və İrəvan sülh müqaviləsi imzalamaq istəklərini bəyan ediblər:
“Vəziyyətdən istifadə etməmək və bundan öz xeyrini əldə etməmək axmaqlıq olardı. Moskva münaqişənin kəskin mərhələsini dayandırıb, Bakı və İrəvanı danışıqlar masası arxasına oturtub, optimal sülh planı hazırlayıb və regionda sabitliyi qoruyub. Bunlar dünya ictimaiyyətinin etiraf etdiyi təkzibolunmaz faktlardır”.
- İş adamı Yusif Xəlilov azadlığa buraxıldı
- Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı
- Bakı və İrəvan arasında sülh sazişinin yeri və tarixi...
- Azərbaycandan mal idxalında maraqlıyıq - Papoyan
- Bu iclas ya Bakıda, ya da İrəvanda olacaq - Mirzoyan
- İrəvan və Tehran sadələşdirilmiş gömrük dəhlizi yaradır
- Azərbaycan və Türkiyə liderləri İrəvana dəvət olunub - Mirzoyan
- Mehdiyev Rusiyaya məktubunda nə yazıb? - Tam mətn