Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Nikuşor Dana başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Hörmətli cənab Prezident,
Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
İon İliyesku Azərbaycan Respublikası ilə Rumıniya arasında əlaqələrin təşəkkülünə və inkişafına, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir. O, dəfələrlə Azərbaycana səfər etmişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Rumıniya xalqına dərin hüznlə başsağlığı verirəm”, - başsağlığı məktubunda qeyd olunub.
- Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı
- Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - Video
- Xocavənd və Şuşaya köç karvanları yola salındı
- Əsgərlərin andiçməsindən səmimi - Fotolar
- Bunlar telefonunuzun tez sıradan çıxmasına səbəb ola bilər
- Ölkənin bəzi ərazilərində işıq olmayacaq
- Milli Qəhrəman Şükür Həmidovun qızının toyudur - Video
- DSX generalın vəfatı ilə əlaqədar başsağlığı verdi