Avqustun 12-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, MDB ölkələrinin cinayətkarlıqla birgə mübarizə, habelə hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, qeyri-qanuni miqrasiya problemləri və onların həlli yolları, informasiya-kommunikasiya texnologiyalarından istifadə və digər məsələlərin müzakirə oldunduğu iclasda Azərbaycan Respublikasının daxili işlər naziri iştirak etməyib.
Məlumata görə, Azərbaycan DİN şuranın iclasında iştirakdan imtina edib.
Rusiya mediasının yaydığı məlumatlara görə, Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsevin sədrliyi ilə keçirilən iclasda ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin Böyük Vətən Müharibəsində Böyük Qələbənin 80 illiyinə həsr olunmuş anım tədbirlərində iştirak ediblər.
- Ukraynaya qarşı sülh planı: Tramp Putindən nə qopardı?
- Bayramov: Türkiyədən tarixdə görülməmiş göstəriş verildi - Video
- Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən MƏQAM
- Leyla və Arzu Əliyevalar Pəncəli Teymurovun ailəsini ziyarət etdi
- AZAL səyahətləri daha rahat edir - Video
- Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında
- Tiflisin ən hündür yerində Azərbaycan bayrağı işıqlandırıldı
- Nə qədər ərazi minalardan təmizlənib? - XİN