Növbəti həftə ABŞ-dən olan nümayəndələr Zəngəzur dəhlizi ("Tramp marşrutu" - TRIPP) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər.
BUTA.TV xəbər verir ki, "Joxovurd" nəşri bu barədə diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazır ki, ABŞ-li nümayəndələr dəhlizin təkcə texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər.
Həmçinin layihəyə investisiya həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətləri mövzusuna da toxunulacaq.
"Hazırda rəsmi mənbələr səfərin detalları və gündəliyi barədə məlumat vermirlər. Lakin müzakirələr qapalı formatda keçiriləcək, qəbul edilən qərarlar isə regionda yeni logistik reallığın formalaşması ilə birbaşa bağlı olacaq", - məlumatda qeyd olunur.
- Rəşad Dağlı azadlığa çıxır? - Video
- Bu rayonda erkən nikahın qarşısı alındı, toy təxirə salındı
- Bakıda fəvvarədən oğurluq: Əbdülrəhmanov saxlanıldı
- 17 yaşlı qıza nişan mərasimi keçirildi - Valideynləri polisə dəvət olundu
- Təqaüdçülərin pulunu talayan şəxs saxlanıldı
- Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
- Leysan, dolu... - Daha bir xəbərdarlıq
- Qubada Qəçreş yolunda təhlükəli vəziyyət - Video