Rusiyada “Crocus City Hall”da törədilmiş terror aktı üzrə cinayət işində zərərçəkmişlər “Crocus Group”un sahibləri olan biznesmenlər Araz və Emin Ağalarovların əmlakının müsadirə olunmasını tələb edirlər.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, vəkillər bu tələbi hadisə baş verən zaman yanğınsöndürmə sistemləri, giriş-çıxış nəzarəti, təxliyə qapılarının açılması kimi təhlükəsizlik sistemlərinə cavabdeh olan strukturlardan birinin də Araz və Emin Ağalarovlara məxsus “Crocus” şirkətinin olması ilə əsaslandırıblar.
Zərərçəkmiş tərəfin vəkili İqor Trunov bildirib:
“Rusiya İstintaq Komitəsindən xahiş edirik ki, Crocus Group şirkətinin, “Crocus” ASC-nin, “Crocus Profi” mühafizə şirkətinin, həmçinin “Crocus International”un sahiblərinin əmlakına təcili şəkildə həbs qoyulsun. Bu, Rusiya Cinayət Məcəlləsinin 238.3-cü maddəsi üzrə (təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) törədilmiş cinayətlə əlaqədar zərərçəkmişlərin hüquqlarının təmin edilməsi məqsədi daşıyır.”
O, əlavə edib ki, vəsatət artıq qəbul olunub.
Bildirilib ki, Ağalarovların bütün əmlakına mümkün qədər tez həbs qoyulmalıdır, çünki onlar hələ əmlaklarını tam şəkildə xaricə çıxarmamış ola bilərlər.
Rusiyanın "RBK" nəşri Ağalarovlara mövzunu çərh etmələri üçün sorğu ünvanlayıb.
Qeyd edək ki, Araz Ağalarov terror aktı ilə bağlı heç bir məhkəmə prosesində təqsirləndirilən şəxs qismində çıxış etmir.
Eyni zamanda, hadisə baş verən gün zalda olan şəxslər “Antipanik” sisteminin və metal detektorların işləmədiyini, mühafizə xidmətinin isə öz vəzifələrini yerinə yetirməkdən yayındıqlarını bildiriblər. Buna cavab olaraq oliqarxın oğlu Emin Ağalarov bir sıra açıqlamalar verib ki, bütün xidmətlərin qaydasında olduğunu bildirib.
- Adnan Əhmədzadənin vəkili ilə bağlı şok fakt - Məmurdur
- Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun!
- Azərbaycan İsrailə görə bundan imtina edib? – Rəsmi
- Əhmədzadənin arxasında kimlər var? - Deputat
- “Matanı” obraz dəyişdi - Bu dəfə Nigarın əvəzinə səhnəyə o çıxdı - VİDEO
- Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi
- Simonyan Bakıda bu 10 nəfəri xahiş etdi, əvəzində...
- Yaşar Nurinin qızının görüntüləri tənqid olundu - VİDEO