Ukrayna Prezidenti Vladimir Zelenski Kreml sahibi Vladimir Putinlə Qazaxıstanda görüşməyə hazır olduğunu bildirib. Halbuki Zelenski daha əvvəl görüş yeri kimi Türkiyə və bir neçə Avropa ölkəsini təklif etmişdi. Zelenski niyə bu dəfə Qazaxıstanın adını çəkib? Bununla Zelenski demək istəyib ki, o, Putinlə Rusiyanın strateji tərəfdaşı sayılan və Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkənin ərazisində belə görüşməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
“Bununla Zelenski Qazaxıstanla Belarusun onun üçün fərqini də göstərmiş olub. Zelenski Belarusu Rusiyanın vassalı hesab edir və bu ölkədə Putinlə görüşmək istəmir. Qazaxıstan isə Rusiyanın strateji tərəfdaşı olsa da, Astana Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”, - politoloq qeyd edib.
E.Şahinoğlu Zelenskinin BMT Baş Assambelyasının sessiyası çərçivəsində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşdüyünü də xatırladıb:
“Liderlərin ingilis dilində söhbətləşməsi Rusiyadakı şovinist dairələrin narazılığına səbəb olub. Zelenski yeni təklifi ilə Putini çətin vəziyyətə salıb. Kreml sahibinin Qazaxıstan variantını rədd etməsi Astana ilə Moskva arasındakı münasibətlərdə sualların sayını artıracaq. Kremlə yaxın şovinist dairələr bundan əvvəl də Qazaxıstanın ərazi bütövlüyünü şübhə altına alan açıqlamalar verirdilər”.
- 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edildi
- Yol polisindən qarlı hava ilə bağlı xəbərdarlıq
- Övladına xəsarət yetirən AXCP funksioneri saxlanıldı
- Temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
- Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə etiraz
- Polis olmaq istəyən qadınların nəzərinə!
- “Okuklu Holding”in qanunsuz tikinti cəhdi polis tərəfindən dayandırıldı
- 4 milyonluq dələduzluq: Daha bir nəfər azadlığa buraxıldı