17 sentyabr 2025-ci il tarixində Suriya Ərəb Respublikasının ərazisindəki düşərgələrdə saxlanılan 1-i qadın, 6-sı uşaq olmaqla 7 nəfər Azərbaycan Respublikası vətəndaşı ölkəmizə gətirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın göstərişinə əsasən Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüş keçirib, onların hüquqlarının təmini vəziyyəti araşdırılıb.
Görüşdə qadın və uşaqlar Ombudsmanın mandatı, fəaliyyəti və ona müraciət imkanları barədə məlumatlandırılıb, uşaqların sosial adaptasiyası, təhsili, sənədləşmə işləri və digər məsələlərlə bağlı tövsiyələr verilib.
Eyni zamanda, müəssisə rəhbəri və əməkdaşları ilə söhbət aparılıb, yerləşdirilmiş şəxslərlə görülən işlər barədə məlumat alınıb.
Məsələ Ombudsmanın nəzarətində saxlanılır.
- Dollar çökür? – “Bank of America”dan TƏCİLİ açıqlama
- İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
- Bələdiyyələrlə əlaqədar 14 cinayət işi açıldı
- İrandan 10 kq narkotikin keçirilməsinin qarşısı alındı
- Azərbaycanda 39 yaşlı vəkil qəfil öldü - Foto
- Ölkəmizdə bu məhsullar qadağandır: ancaq tələbat artır, çarə tükənir...
- Leyla Əliyeva Göygölün füsunkar mənzərəsindən fotolar paylaşdı
- Azərbaycanda həkimlər həbs olundu