Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynadakı münaqişəyə son qoymağın vacibliyini bəyan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Lukaşenko Vladimir Putinlə görüşdən sonra jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
“Hesab edirəm ki, bizim məsləhətləşmələrə başlamağın vaxtı çatıb. “Xüsusi hərbi əməliyyat”ın əvvəlində də demişdim: biz, üç slavyan dövlətinin lideri oturub razılığa gəlməliyik. Bu anlaşılmaz müharibəyə son qoymaq barədə razılığa gəlməliyik. Razılığa gəlmək lazımdır. Razılığa gəlməsək, bu, hamı üçün pis olacaq”, - Lukaşenko deyib.
O, həmçinin Kiyev üçün “bütün Ukraynanı itirmək” riski barədə xəbərdarlıq edib və qeyd edib ki, Zelenski son sülh təşəbbüslərində müzakirə olunan “əlverişli şərtlər”lə razılaşmalıdır. Lukaşenkonun sözlərinə görə, bu təkliflər hətta Alyaskada keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Trampa təqdim olunub.
Lukaşenko əlavə edib ki, əgər Kiyev Rusiya əməliyyatının əvvəlində “hərəkətləri dayandırmağa” razılaşsaydı, o zaman Krım istisna olmaqla, bütün şərqi Ukrayna Kiyevin nəzarəti altında qalardı. İndi, onun fikrincə, bütün ölkənin itkisinin qarşısını almaq şansları azalır.
Belarus lideri həmçinin bildirib ki, o, Putinlə Rusiya Baş Qərargahının ordunun irəliləyişinə dair hesabatını dinləyib və onun sözlərinə görə, “dayanmaq çətin olacaq”.
- Bayramov: Türkiyədən tarixdə görülməmiş göstəriş verildi - Video
- Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən MƏQAM
- Leyla və Arzu Əliyevalar Pəncəli Teymurovun ailəsini ziyarət etdi
- AZAL səyahətləri daha rahat edir - Video
- Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında
- Tiflisin ən hündür yerində Azərbaycan bayrağı işıqlandırıldı
- Nə qədər ərazi minalardan təmizlənib? - XİN
- Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi