Zelenski açıq şəkildə bəyan edir ki, Ukraynanın niyyəti müharibəni Rusiyanın ərazisinə keçirməkdir. Etiraf etmək lazımdır ki, son iki ay ərzində bu proses faktiki olaraq baş verir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.
Onun sözlərinə görə, müharibədə yeni bir "ilk" yaşandı: USQ-nin Belqorod İES-ə zərbəsindən sonra Belqorod boyda şəhər işıqsız qaldı:
“Əsas dövlət müəssisələrinin alternativ enerji mənbəyi generatorlardır. Amma generatorların işləməsi üçün yanacaq lazımdır. Bəs həmin yanacaq tapılacaqmı?
Əslində bu, Ukraynanın yeni strategiyasının ilk sınağı kimi görünür. Strategiya isə belə ola bilər:
1. Əvvəlcə şəhəri qoruyan HHM sistemləri sıradan çıxarılır ki, növbəti zərbələr daha effektiv olsun.
2. Sonra NEZ-lər və neft anbarları vurularaq şəhərin yanacaq təminatı kəsilir.
3. Sonda isə İES və digər enerji mənbələrinə zərbələr endirilir.
Nəticədə cəmi üç mərhələdən ibarət qısa və sürətli əməliyyatla böyük şəhər işıqsız qalır, bütün infrastruktur iflic vəziyyətinə düşür.
Bundan əlavə, son günlər ərzində müttəfiqlərin rekord sayda silah daşıyan təyyarələri müşahidə olunur və bu da sanki nəyəsə gedən hazırlığa bənzəyir.
Aydındır ki, USQ müharibədə təşəbbüsü ələ alıb və güclənməkdə davam edir. Əgər Ukrayna Rusiya ərazisini tam alovlandıra bilsə, onda vəziyyət köklü şəkildə dəyişəcək”.
- Azərbaycana qarşı çirkin kampaniyanın arxasında kim dayanır?
- Cabir İmanovun əleyhinə statuslar - Öldüyü gündə nə baş verir?
- Aprel döyüşlərində mülki şəxslərin başına nələr gətirilib?
- Naxçıvan aeroportuna yeni direktor təyin olundu
- Qərb Pezeşkiana inanmadı - İranda gərginlik artır
- Müharibədə ilk yaşandı: Ukraynanın zərbəsinin nəticəsi...
- Azərbaycan bu sahədə məqsədyönlü tədbirlər həyata keçirir
- Bu tarixdən məktəb avtobusları layihəsi başlayacaq