Ukraynada əsir düşən azərbaycanlıdan etiraf - Video

12:32 - 30 Sentyabr 2025 - GÜNDƏM

 Ukraynada əsir düşən azərbaycanlıdan etiraf - Video

Azərbaycan vətəndaşıyam. Moskva ətrafında yaşayırdıq. Son səkkiz aydır ki, Mariupolda yaşayırdım. Ora isə tam təsadüfən dostumla gəldik. Dostumun QAZEL-i vardı və o, çatdırma işi ilə məşğul idi. Bir gün Moskvadan Mariupola çatdırma etməli idik. Orda polis əməkdaşları məni saxladı, məhkəmə keçirildi və 5 il müddətinə deportasiya olundum. Ordan da Voronejə göndərildim.

BUTA.TV xəbər verir ki, bunu Rusiya ordusunda Ukraynaya qarşı döyüşən və əsir düşən Azərbaycan vətəndaşı Ruslan Mustafayev deyib.

Ukraynada dindirilmə zamanı onu Voronejə nə üçün göndərdiklərinə Mustafayev belə cavab verib:

“Voronejdə əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzi var, bizi ora apardılar. Orda ordu ilə müqavilə bağladım, bizi Voronejdəki poliqona apardılar, sonra isə Luqanska göndərildik. Poliqonda hərbi kürəklə hədəf vurmağı öyrədirdilər. Daha sonra maşınla getdik, ordu bölüyünə qoşulduq. Mən özüm heç vaxt hərbidə xidmət etməmişəm, 42 yaşım var, xidmətdə olmamışam. Növbəti gün təxminən 30 dəqiqə maşınla getdik, qalan yolu isə piyada. Beş nəfər idik, biri yolda güllələndi. Bələdçi, ardınca mən, mənim ardımca isə o, onun da ardınca 3 nəfər gəlirdi. Mənim ardımca gələn güllələndi. Döyüşə gələn əcnəbilərin 90%-i bunu Rusiyadan vətəndaşlıq almaq üçün edir. Mənə də vətəndaşlıq söz vermişdilər”.

Ukrayna xüsusi xidmət orqanları Ruslan Mustafayevə iki təklif verirlər:

“Ya siz Azərbaycan hökümətinə müraciət edirsiniz və onlar sizi ger qaytarırılar, orada 12 il həbs yatırsınız, ya da Rusiya-Ukrayna əsir mübadiləsi siyahısına düşürsünüz, Rusiyaya geri qaytarılırsınız. Sizə hansı variant daha uyğundur?”

Mustafayev isə “Sizcə, Rusiyada heç bir seçimim olmayacaq, hə?” deyə cavab verir. Ona bildirirlər ki, Rusiyaya qayıtdıqda seçim şansı olmayacaq.

Mustafayev qeyd edir ki, bəlkə Rusiyaya qayıtsa, üçüncü bir ölkəyə gedə bilər:

“42 yaşım var, 12 il də həbs yatsam, 54 edir”.

Ona təkrar bildirirlər ki, Rusiyaya qayıtsa, o, FTX-nin nəzarətinə keçəcək, ordan da təkrar döyüş bölgəsinə göndəriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol