Rusiya Prezidenti Vladimir Putin “Valday” konfransında dünənki çıxışında Ukraynaya qarşı müharibə mövzusunda qısa danışmağa üstünlük verib, bircə onu deyib ki, ordumuz bütün istiqamətlərdə irəliləyir. Aydındır ki, Putin bu irəliləmənin ölkəsi üçün hansı itkilər hesabına başa gəlməsi mövzusundan yan keçib.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, müharibəyə başlamaq əmrini verən Kreml sahibi onu necə yekunlaşdıracağını bilmir:
“Vladimir Putin gələn ilin fevralında 4-cü ili tamam olacaq müharibəni davam etdirməkdən başqa alternativ görmür. Putin Qərbin dünyada hegemonluğunun başa çatdığını vurğulayıb. “ABŞ artıq tək hakim deyil, Qərbin hökmranlıq dövrü bitdi, indi Asiya dövrüdür. Birqütblü dünya sona yaxınlaşır” deyən Putin buna misal olaraq Rusiyanın müxtəlif dövlətlərlə formalaşdırdığı təşkilatları göstərib. Putin amerikalı həmkarı Donald Trampın ünvanına xoş sözlər desə də, Ağ Ev sahibinə onun adını çəkmədən belə bir mesaj göndərib: “NATO bizi “kağız pələng” adlandırırsa, bəs niyə bizi hələ də məğlub edə bilmir?” Əslində həmin ifadəni NATO rəhbərliyi deyil, Donald Tramp səsləndirib”.
Qubada tullantılar sanitariya qaydalarına zidd daşınır: araşdırma tələb olunur - VİDEO
- Bir neçə gün əvvəl vəzifə verilmişdi - Vəfat etdi
- 8 aydır vəziyyət belədir... - Video
- “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
- Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir
- “Yıxılıb ölsəm, ev göydə qalacaq” - Sakinlərin çıxarış dərdi+Video
- Şirvan kanalında kişi meyiti tapıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- 17-ci əsrə aid kilsə yanıb kül oldu - Fotolar