“Tramp yolu” və ya Zəngəzur dəhlizinə 99 il ABŞ nəzarət edəcək.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu “BBC News”un erməni müxbiri Qriqor Atanesyan deyib.
Jurnalist bildirib ki, 43 kilometrlik yol İranla bütün sərhəd boyu Ermənistan ərazisindən keçməklə Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək:
“Burada dəmir yolları, magistral yollar, boru kəmərləri çəkəcəklərinə də söz verirlər. Donald Tramp söyləyib ki, bu, hər üç ölkəyə iqtisadi fayda gətirəcək və bura böyük həcmdə pul qoyulacaq. Nəqliyyat sistemi sıfırdan qurulacaq”.
Atanesyanın fikrincə, Trampın müdaxiləsi Rusiyanın ənənəvi olaraq “öz təsir dairəsi” hesab etdiyi regionda geosiyasi tarazlığı dəyişir. Eləcə də proseslərə təsir imkanları olmayan və Zəngəzur dəhlizinin açılmasından narahat olsa da, bunun qarşısını ala bilməyən İran baxımından...
Türkiyəyə gəlincə, BBC-nin müxbiri zəifləyən Rusiya fonunda Ankaranın regiondakı mövqeyinin kifayət qədər güclü olduğunu yazıb:
“Ankara Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqlar aparır və Naxçıvan vasitəsilə Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqə yarada biləcək “Tramp yolu”na dəstəyini ifadə edib”.
Atanesyan Avropa İttifaqı, xüsusən Fransanın da bunda maraqlı olduğunun sözlərinə əlavə edib.
- Bütün hərbçilərin nəşi tapıldı
- Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?
- Polad Bülbüloğluya qarşı şok ittiham: Ramiz Mehdiyev ilə...
- Şəhid olan türk pilotlar ailəmizin üzvüdür - İngilis pilot
- İH-lərin ləğvi: Xüsusi nümayəndəlik nə vaxt tətbiq ediləcək?
- O serialı qadağan etmək lazımdır – Kinoşünas
- Kriptovalyuta bazarına kapital axınları azaldı
- Paradda liderlərin əyləşdiyi yer belə hazırlanıb - Video