Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Viktor Vodolatski Tiflisdə keçirilən bələdiyyə seçkiləri fonunda regiondakı siyasi prosesləri dəyərləndirərkən sensasion bəyanat verib.
BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, deputat Gürcüstan, Ermənistan və Azərbaycanın hazırda Avropa Birliyi və Avropa ölkələrinin xüsusi xidmət orqanlarının əsas hədəfində olduğunu bildirib.
Vodolatskinin iddiasına görə, Qərb qüvvələri bu ölkələrdə dövlətçiliyin zəiflədilməsi və daxili sabitliyin pozulması üzərində işləyir:
“Onlar üçün hər bir postsovet dövləti mövcud insan dəyərlərini və dərin tarixi kökləri məhv etməyin bir elementi sayılır. Məqsədləri bütün bunları kəsmək, bulanıqlaşdırmaq və postsovet məkanındakı hər dövlətdən bir sürü düzəltməkdir. Ona görə də Ermənistan və Azərbaycan da bir vaxtlar Ukraynanın “aşağı yuvarlanmasına” səbəb olan eyni təsirlərə məruz qalacaq”.
Ekspertlər hesab edirlər ki, bu açıqlama Rusiya tərəfindən həm Cənubi Qafqaz ölkələrinə qarşı “psixoloji təzyiq” formasıdır, həm də Ukrayna ssenarisinin xəbərdarlığı kimi səslənir. Moskva son aylarda region ölkələrinin Qərbə inteqrasiyasını açıq şəkildə tənqid edir və xüsusilə Azərbaycanın müstəqil siyasətinə qarşı dolayısı təhdidli bəyanatlar verir.
Qeyd edək ki, oxşar ritorika 2021-ci ildə də - Ukraynada müharibədən bir il əvvəl - Kremlə yaxın siyasətçilər tərəfindən səsləndirilmişdi.
Vodolatskinin Gürcüstan, Ermənistan və Azərbaycanın adını eyni cümlədə çəkməsi diqqət çəkib. Analitiklər bu bənzətməni “Moskvanın regionda təsir dairəsini qorumaq üçün yeni ideoloji hazırlığı” kimi dəyərləndirirlər.
Ukraynada olduğu kimi, Kremlin “xüsusi əməliyyat” ritorikasının Cənubi Qafqaza yönələcəyi ehtimalı reallıqdan uzaq deyil.
- Orbandan Əliyevlə bağlı paylaşım: Dostu görmək...
- Ceyhun Bayramov Hakan Fidanla Qəbələdə görüşdü
- AŞ komitəsi Bakıya buraxıldı: AŞPA-ya qayıtmaq üçün ilk addım
- Gəncəyə raket atılması əmrinin kimin verdiyi təsdiqləndi
- Moskvadan Bakıya "xəbərdarlıq": Ukraynanın taleyi...
- Sabah liderlər Qəbələdə nələri müzakirə edəcəklər?
- Binəli Yıldırım İlham Əliyevlə görüşündən yazdı
- Hakan Fidan Azərbaycana gəlir