Əməkdaşlığımızın daha məzmunlu və dayanıqlı xarakter alması üçün iqtisadi potensialımızı gücləndirməli, təşkilatımızın üzvləri arasında qarşılıqlı investisiyaları və ticarəti inkişaf etdirməliyik.
BUTA.TV xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.
Nazir bildirib ki, TDT üzv dövlətləri coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xəttlərini təşkil edərək Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır:
“Bu istiqamət üzrə TDT üzv dövlətləri nəhəng imkanlara malikdir. Bu xətt eyni zamanda Orta Dəhlizin ayrılmaz parçasıdır. Vaşinqton Zirvə Görüşü çərçivəsində Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb rayonları və Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRİPP marşrutunun bəyan edilməsi eyni zamanda regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır".
- Fidan Qəbələdə bu türk ölkəsinin XİN başçısı ilə görüşdü
- Qriqoryan: Müharibədə batan, totalitar Rusiya, sus!
- Türk Birliyinə hansı ölkələr qoşulacaq? - Siyahı
- Qəbələdə mühüm iclas: bir sıra sənədlər təsdiqləndi
- 9 il əvvəlki hadisələr yaşana bilər - Elşad Miridən şok
- Azərbaycanlılar niyə ölməlidir? - Stepanyan
- Naxçıvanla gediş-gəlişi təmin edəcək TRİPP marşrutu...
- Qurbanqulu Berdiməhəmmədov Azərbaycana gəldi