Oktyabrın 8-i İsrail və HƏMAS nümayəndələri ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsi ilə bağlı razılaşma imzaladılar.
Planın ilkin mərhələsində girovların azad edilməsi və İsrail qoşunlarının Qəzza zolağında müəyyən edilmiş həddə qədər geri çəkilməsi nəzərdə tutulur.
Bu planın əsas maddəsi mərhələlərlə Qəzzanın silahsızlaşdırılması, yəni HƏMAS-ın tərk-silah edilməsidir. Görünən odur ki, ötən gün əldə edilən razılaşma ilə HƏMAS buna da razılığını verib.
Bu, HƏMAS-ın tam kapitulyasiyasıdır.
“Ərini aldadır ki, toydayam, sevgilisi ilə oteldə...” – ŞOK AÇIQLAMA
Halbuki tam 2 il öncə, 7 oktyabr 2023-cü ildə HƏMAS İsrail ərazisinə hücum edib, hərbçilərlə yanaşı 1200-ə yaxın mülki insanı öldürəndə bunu ağlına belə gətirməmişdi.
Ötən il açıqlanan kəşfiyyat sənədlərinə görə, HƏMAS İsrailə qarşı hücuma illər öncədən hazırlaşıb. Hazırlıq müddətində İsrailin hərəkət qabiliyyətini, atacağı addımları, milyardlarla dollarlıq hərbi, texnologi və kəşfiyyat gücünün zəif tərəflərini də öyrənmişdi.
Təşkilat aralarında İsrail kəşfiyyatına işləyən agentlərdən ikili agent kimi istifadə edərək, əməliyyatla bağlı bütün məlumatları gizli saxlaya bilmişdi.
Hətta 7 oktyabr hücumundan sonra İsrailin addımlarına necə reaksiya verilməli olduğu da dəqiqliklə planlaşdırılmışdı. Hücumdan sonra terrorçuların hərbçi və mülkiləri girov götürməsi də təsadüfi deyildi. Plana əsasən, İsrail girovlarını azad etmək üçün Qəzzada axtarış-xilasetmə əməliyyatlarına başlayacaq və bu əməliyyatlarda da maksimum istifadə edəcəyi ağır texnika tank və zirehli maşınlar olacaqdı. O zaman da HƏMAS Qəzzada uzun illər inşa etdiyi tunellər, mühəndis-istehkam qurğuları, müxtəlif maneələr, tələlər vasitəsilə İsrail hərbçilərinə güclü müqavimət göstərəcəkdi. İrəliləyişin, heç bir nəticənin əldə olunmaması, günü-gündən çoxalan canlı qüvvə və texnika itkiləri İsraildə xaosa səbəb olacaqdı. Tükəndirmə müharibəsi nəticəsində itirilən milyardlarla dollar ölkə iqtisadiyyatına böyük zərbə vuracaq, hökumət müharibədən bezən əhalinin qəzəbinə uğrayacaqdı. Beləliklə, İsrail bu mənasız, böyük itkilərə səbəb olan tükəndirmə müharibəsindən əl çəkəcəkdi.
HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar da bu əməliyyatla İsraili təcrid edəcəklərini açıqlamışdı:
“Biz İsraili güclü şəkildə təcrid edəcəyik. İsraili bütün dünya və onun azad xalqı ilə qarşı-qarşıya qoyacağıq”.
Amma HƏMAS bir şeyi hesablamamışdı. İsrail 1973-cü il Yom Kippur müharibəsindən bəri ilk dəfə aldığı böyük zərbəyə olduqca dəhşətli bir şəkildə cavab verdi. Quru əməliyyatına dərhal başlamadı. Qəzza indiyə kimi görünməmiş şəkildə aviasiya, raket hücumuna məruz qaldı. Bombardmanlar sayəsində HƏMAS-ın illərlə inşa etdiyi tunellər, mühəndis-istehkam qurğuları darmadağın edildi. Üstəlik, İsrailin HƏMAS-ın Qəzzada və ondan kənardakı liderlərini məhv etməsi bütün planları alt-üst etdi.
- Putin-Əliyev görüşü: Rusiya lideri etiraf etdi… - Foto
- Əliyev və Paşinyan Düşənbədə söhbət ediblər
- Azərbaycan çox böyük iş gördü – Putin
- Bakıda Rus Evinin bərpası... – Rusiya ümidləndi
- İsraildə həbs edilən azərbaycanlılarla bağlı yeni açıqlama
- Paşinyan Azərbaycanı təbrik etdi
- Paşinyan: “Tramp yolu” Azərbaycan üçün belə işləyəcək
- Putin Əliyevin bu yanaşmasını qiymətləndirməyi bacardı