Vahid Ələkbərov 3 yaxtasını Adnana niyə "verib"?

10:14 - 10 Oktyabr 2025 - KRİMİNAL

 Vahid Ələkbərov 3 yaxtasını Adnana niyə

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə kimi cinayət əməllərində ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadə ilə bağlı yeni detallar üzə çıxıb.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu, Əhmədzadənin digər azərbaycanlı iş adamı, “Lukoyl”un sahibi Vahid Ələkbərovla biznes əlaqələri ilə bağlıdır.

Məlumata görə, Vahid Ələkbərov 2022-ci ildə (Ukraynada müharibə başlayandan sonra) AB, Böyük Britaniya və ABŞ-nin sanksiyalarından çəkinərək “”Lukoyl”un rəhbərliyini tərk etsə də, neft nəhənginə hələ də nəzarət edir.

Daha öncə yayılan məlumatlarda da qeyd olunur ki, Adnan Əhmədzadə bu il Bodrumda Ələkbərovun ad günü şənliyində iştirak edib və hətta milyarder 108 milyon dollarlıq “Galactica Super Nova” superyaxtasını onun adına rəsmiləşdirib.

Amma bu, Ələkbərovun yaxtanı tam olaraq Əhmədzadəyə hədiyyə etməsi anlamına gəlmir.

Məsələ burasındadır ki, artıq sanksiya altında olduğunu başa düşən Vahid Ələkbərov oğlu Yusif Ələkbərovla birlikdə özlərinə dost hesab etdikləri Adnan Əhmədzadənin qanadı altında daha iki superyaxtanı gizləyməyə cəhd ediblər. Bunlar “GENESIS” (Vahid Ələkbərova məxsus) və “ULTRA G” (Yusif Ələkbərova məxsus) superyaxtaları olub.

Razılaşma isə belə olub: “Sən mənə neftlə kömək et, mən də yaxtalarını gizlədim”.

Adnan Əhmədzadə beləliklə, bu superyaxtaların yeni “sahibi olub”. Bununla belə, hər iki yaxta hələ də orijinal sahibləri tərəfindən öz məqsədləri üçün fəal şəkildə istifadə olunur.

“VesselFinder” proqramına və işgüzar dairələrin məlumatına görə, Vahid Ələkbərov bu il Bodrumda ad gününü qeyd edərkən “GENESIS” yaxtasında Türkiyə sularında üzüb. Yusif Əlekbərov isə bu ilin iyun ayında “ULTRA G” gəmisi ilə Dubaydan Seyşel adalarına gedib və daha sonra məzuniyyətini orada keçirib.

“GENESIS”ə yaxın mənbələr isə bildirir ki, Yusif də Bodrumda atasının ad gününü qeyd etdikdən sonra bu yaxta Türkiyə sularında daha iki həftə gəzib.

Vahid Ələkbərovun hazırda Avstriya sakini olduğu bildirilir.

Qeyd edək ki, Adnan Əhmədzadə ötən ay həbs edilərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol