Almaniyanın nüfuzlu media orqanları Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə Azərbaycan Hava Yolları QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğramasına görə Rusiya hava hücumundan müdafiə qüvvələrinin məsuliyyət daşımasını ilk dəfə etiraf etməsindən yazıb.
BUTA.TV Azərtac-a istinadla xəbər verir ki, “Spiegel”, “Zeit”, “Bild”, “Tagesschau”, “Tagesspiegel”, “Frankfurter Allgemeine” və s. media qurumlarının yaydığı xəbərlərdə Rusiya Prezidentinin həlak olanların ailələrinə kompensasiya ödəniləcəyinə dair zəmanət verdiyi xüsusi vurğulanıb. Eləcə də Vladimir Putinin iş üzrə istintaqın başa çatmaq üzrə olduğunu, məsələ ilə bağlı bütün zəruri addımların ataılacağını və məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirdiyi qeyd olunub.
“Putin ilk dəfə olaraq rəsmi şəkildə bildirib ki, qəza Rusiya Hava Hücumundan Müdafiə qüvvələrinin səhvi nəticəsində baş verib”, - deyə “Spiegel” qəzetində bildirilib.
Xəbərlərdə ötən ilin sonunda baş vermiş hadisə bir daha diqqətə çatdırılıb, sərnişin təyyarəsinin vurulmasına görə 38 nəfərin həlak olduğu, 29 nəfərin xəsarət aldığı qeyd edilib. Hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya tərəfindən rəsmi etiraf tələb etdiyi və beynəlxalq məhkəməyə müraciət olunacağını bildirdiyi vurğulanıb.
“Ərini aldadır ki, toydayam, sevgilisi ilə oteldə...” – ŞOK AÇIQLAMA
- Rəsmi Bakıdan Qəzzadakı atəşkəs razılaşmasına reaksiya
- Putin etiraf etdi, Əliyev də buna cavab verəcək - Brayza
- Tramp niyə Nobel mükafatı ala bilmədi?
- Prezidentin 10 gün ərzində üç sammitdə iştirakı... - Hacıyev
- Azərbaycan rusdilli ölkədir - Putindən qəribə açıqlama
- Anar Əsədli ilə bağlı yeni qərar verildi
- Putin-Əliyev görüşü: Rusiya lideri etiraf etdi… - Foto
- Əliyev və Paşinyan Düşənbədə söhbət ediblər