ABŞ Prezidenti Donald Trampın Nobel sülh müküfatına iddiasını anlamaq çətindir. Bəlkə də Nobel Komitəsinin tarixində belə hal olmayıb ki, kimsə özü Nobel mükafatı almaq üçün il ərzində “mükafat mənə verilməlidir” kimi davamlı açıqlamalar versin. Fikrimcə, Tramp gələn il mükafata əsas namizədlərdən biri ola bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Ağ Ev sahibi Qəzza ilə bağlı razılaşmanı daha əvvəl əldə etsəydi, onun bu il mükafatı almaq imkanları daha yüksək olacaqdı:
“Nobel Komitəsi sülh mükafatını alacaq namizədləri aylar öncə müəyyənləşdirib və həmin müddətdə Qəzzada hələ qətllər davam edirdi. Ədalət naminə Tramp ABŞ-ın keçmiş prezidenti Barak Obamadan Nobel Sülh mükafatına daha layiqlidir. Barak Obama 2009-cu ildə beynəlxalq diplomatiyanı gücləndirmək üçün göstərdiyi səylərə görə Nobelə layiq görülüb. Ancaq Obama xarici və təhlükəsizlik sahəsində elə bir uğur qazanmamışdı.
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Bakıda 1990-cı ilin yanvar ayında qətliama yaşıl işıq yandıran SSRİ-nin son lideri Mixail Qorbaçov da Nobel Sülh mükafatı almışdı”.
Qeyd edək ki, venesuelalı demokratiya fəalı Mariya Korina Maçado 2025-ci il Nobel Sülh mükafatına layiq görülüb. Nobel Sülh mükafatına namizədlər arasında isə Donald Tramp da var idi.
- Ötən həftə 203 yanğın olub, 5 nəfərin meyiti tapılıb - FHN
- Baş İdarədən əməliyyat: saxlanılanlar var
- 17 yaşlı yeniyetmə 15 yaşlı oğlanı bıçaqladı
- Nərgiz Məhəmmədinin həbs müddəti artırıldı
- Azərbaycanlılar milyonlarını harda xərcləyir?
- Son 47 ildə ilk: Xamenei görüşə getmədi
- Telefonunuzu dəyişməsəniz, məlumatlarınız oğurlana bilər
- Həmzəyevin AAYDA-da "ailə podratı"...