Oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlıqda təşəbbüskar, sülhsevər və dinamik inkişaf xəttinə malik ölkədir. Dövlətimizin başçısının çıxışında səslənən fikirlər qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanırdı. Cənab Prezident Tacikistan xalqını əldə etdiyi uğurlar münasibətilə təbrik edərək, bu ölkənin sürətli inkişafını məmnunluqla qeyd etdi. Bu, Azərbaycanın xarici siyasətində səmimiyyət və qarşılıqlı hörmətin əsas yer tutduğunu bir daha sübut edir.
BUTA.TV xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Azərbaycan ilə Tacikistan arasındakı münasibətlər qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanaraq təkcə iki ölkə üçün deyil, ümumilikdə MDB məkanında əməkdaşlıq ruhunun güclənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir:
"Prezident İlham Əliyev öz çıxışında MDB-nin humanitar sahədə birliyini dəstəkləyərək, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsinə verdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Laçında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin MDB ölkələrinin diqqətini çəkməsi Azərbaycanın nüfuzunun artdığını göstərir. Dövlətimizin başçısı, həmçinin MDB-nin həyatında önəmli hadisə olan III MDB Oyunlarının Gəncə və digər şəhərlərimizdə yüksək səviyyədə keçirilməsini xüsusi qeyd etdi. Bu tədbir həm Azərbaycan idmanının gücünü nümayiş etdirdi, həm də MDB məkanında dostluğun, əməkdaşlığın və humanitar əlaqələrin inkişafına töhfə verdi. Cənab Prezidentin çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə qarşılıqlı hörmət, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir. Düşənbə iclasında səslənən mesajlar MDB daxilində birliyin möhkəmlənməsinə, xalqlar arasında səmimiyyət və dostluq körpülərinin daha da güclənməsinə xidmət edir” .
- Azərbaycanlı jurnalistlə müsahibəyə görə erməni kanalı bağlandı - Video
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...