Ramiz Mehdiyev məsələsində əsas məqsəd ondan ibarətdir ki, bu ailə törətdiyi cinayətləri bir-bir boyunlarına alsın.
BUTA.TV xəbər verir ki, bu sözləri TV Müsavatın “Canlı debat” verilişində eks-spiker Rəsul Quliyev bildirib.
Onun sözlərinə görə, Prezdent Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin hələ də Fövqəladə Hallar Nazirliyində çalışmasının da səbəbi var:
“Mən Mehdiyevin oğlunun da atası kimi “savadlı” adam olduğunu düşünmürəm. Atasının akademik olduğunu deyirlər. Hər halda, onun oğlunun hələ də Fövqəladə Hallar Nazirliyində saxlanılmasının bir səbəbi var. Amma oğlu orda saxlanılmayacaq və nazirlikdən çıxarılacaq. Ondan başqa, oğlunu da həbs edəcəklərini düşünürəm”.
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Aparıcının “siz oğul Mehdiyevin də atası ilə birgə dövlət çevrilişinə cəhd prosesinin içərisində olduğunu düşünürsüz” sualına cavabda isə R.Quliyev bildirib ki, oğlunun həbs olunması üçün o planın içərisində olmasına gərək yoxdur:
“Onun atası bu səviyyədə cinayət törədibsə, nə ailəsini bağışlayarlar, nə də çox yaxın qohumlarını. Səni Akademiyaya prezident qoyalar, sən də dövlət çevrilişinə cəhd edəsən. Ondan sonra da Rusiyaya məktub yazasan ki, mən sizin adamınızam, mənə kömək edin padşah olum. Onun nəinki özünü, ailəsinin üzvlərini də bağışlamayacaqlar”.
- Azərbaycanlılar milyonlarını harda xərcləyir?
- Son 47 ildə ilk: Xamenei görüşə getmədi
- Telefonunuzu dəyişməsəniz, məlumatlarınız oğurlana bilər
- Həmzəyevin AAYDA-da "ailə podratı"...
- Tıxaca səbəb olan yol təmiri nə zaman bitəcək?
- Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
- Epşteyn adasındakı sirr DEŞİFRƏ OLDU: Dəhşətli qətl yazışmaları
- Putindən ABŞ-a 12 trilyon dollarlıq gizli təklif - Heyrətamiz