Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Vaqif Qurbanova ölümündən 33 il sonra Milli Qəhrəman adı verilib.
BUTA.TV xəbər verir ki, Vaqif Qurbanov 30 dekabr 1967-ci ildə Bakıda anadan olub. Əslən Tovuz rayonunun Qovlar kəndindəndir. 1989-cu ildə Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini başa vurduqdan sonra SSRİ Hərbi Hava Qüvvələrində, daha dəqiq Əfqanıstan müharibəsi zamanı təşkil edilmiş və Su-25 təyyarələri ilə komplektləşdirilmiş, Sitalçaydakı Aviasiya polkunda zabit kimi xidmətə başlayıb. Daha sonra isə Azərbaycan ərazisindəki aviasiya alaylarından birində xidmət edib. Gəncə, Yevlax, Kürdəmirdə hərbi alayların yaradılmasında yaxından iştirak edib.
Vaqif Qurbanov Qarabağ müharibəsi vaxtı – 1992-ci il 8 apreldə keçmiş sovet aviabazasından (həmin vaxt MDB hərbi qüvvələrinə məxsus Sitalçayda yerləşən) Su-25 təyyarəsini qaçırıb.
Vaqif Qurbanov bu təyyarə ilə düşmən mövqelərinə çoxsaylı zərbələr endirib. Təyyarə elə həmin il iyunun 13-də Ağdamın Şelli kəndi yaxınlığında ermənilər tərəfindən vurulub. Ancaq pilotdan uzun müddət xəbər tutmaq mümkün olmayıb.
1992-ci ildə Nizami rayon məhkəməsinin qərarı ilə ölmüş elan edilib.
- Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
- 65 yaşlı kişi Bakıda daş karxanasında öldü
- General Abbasəli Novruzov vəfat etdi
- Yalan deyirlər, biz ailə deyilik...
- Qarabağ kanalında bir nəfər batdı
- Bakıda külək əsir, rayonlara yağış yağır – Faktiki hava
- Yağış, şimşək, duman... - Faktiki hava açıqlandı
- Qubada tullantılar sanitariya qaydalarına zidd daşınır: araşdırma tələb olunur - VİDEO