Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi

12:36 - 10 Noyabr 2025 - GÜNDƏM

 Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi

2020-ci ilin 44 günlük müharibəsi və 2022-ci ilin sentyabr hücumu zamanı əvvəllər yaxşı və ya pis, az və ya çox nə HHM sistemimiz vardısa, tamamilə məhv edildi və ya yararsız hala salındı. İndi bizim nəyimiz var?

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan bildirib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın 44 günlük savaşdan öncə özünü təkəbbürlü aparmasından bəhs edib və vəziyyət gərginləşən kimi “başını quma soxub” bəhanələr axtarmağa başladığını deyib.

Qeyd edək ki, Nikol Paşinyan Köçəryan və Sərkisyanın prezident olduqları müddətdə ölkənin müdafiəsi üçün heç nə etmədiklərini, Rusiyanın verdiyi silahların isə “dəmir yığını” olduğunu vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol