ABŞ hərbi qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində yaxalanaraq Nyu-Yorka aparılan Venesuela lideri Nikolas Maduronun görüntüləri beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.
"BUTA TV" xəbər verir ki, müzakirələrin mərkəzində isə onun hər görüntüdə Maduronun fərqli geyimdə olması durur.
Sosial şəbəkələrdə Venesuela prezidentinin fotoları ciddi analizdən çox, əyləncəli və ironik şəkildə şərh edərək bu vəziyyəti mem mövzusuna çevirib.
Bəziləri "X" (Twitter) və "Instagram"da yayılan paylaşımlarda bunu “dünyanın ən sürətli geyim dəyişikliyi” adlandırırkən, digərləri “Karakasdan Nyu-Yorka moda turu” ifadəsini işlədib.
Paylaşılan şərhlər arasında “Maduro həbsdədir, amma "Nike"-dən sponsorluk alıb”, “Bu həbs yoxsa "fashion week"-dir?” kimi istehzalı cümlələr diqqət çəkdi. Bəzi istifadəçilər isə Maduronun fotolarını yan-yana düzərək “liderdən məhbusadək: 6 geyimdə 12 saat” başlıqlı paylaşımlar ediblər.
Bu ironik yanaşmalar göstərdi ki, siyasi hadisə qlobal mediada nə qədər ciddi təqdim edilsə də, sosial şəbəkələr onu tez bir zamanda vizual istehza obyektinə çevirə bilir.
Əslində, mövcud faktlar göstərir ki, Nikolas Maduronun ABŞ hərbi qüvvləri yaxalandığı andan etibarən sıx-sıx geyim dəyişikliklərinin səbəbi imic və ya rahatlıq yox, təhlükəsizlik, sağlamlıq və iqlim fərqidir.
Məlumdur ki, Maduro Karakasda xanımı Seliya Flores ilə birlikdə gecə saatlarında, istirahət zamanı yaxalanıb. Həmin anda üzərində yüngül ev geyimi olub. Bu da Venesuela paytaxtında hava temperaturunun təxminən 26 dərəcə olması ilə izah edilir.
ABŞ-nin xüsusi təyinatlı "Delta Force" bölməsinin həyata keçirdiyi əməliyyatdan sonra Nikolas Maduro uzunmüddətli hava daşınmasına cəlb olunub. Məhz bu mərhələdə ilk geyim dəyişikliyi baş verib.
Maduronun ABŞ-a aparıldığı "Boeing 757" tipli təyyarədə ona qalın boz rəngli idman kostyumu geyindirilməsi ehtimal edilir. Karakasın isti havasından - 6 dərəcəlik Nyu-York soyuğuna gətirilən Maduro ani temperatur fərqi ucbatından hipotermiya riski altında idi, yəni Maduro uzunmüddətli hərəkətsizliyi bədən istiliyini normal səviyyədə saxlamaqda çətinlik çəkə bilərdi.
Nyu-Yorka eniş zamanı isə Maduro artıq svitşört, papaq və daha qalın geyimlərlə görüntülənib. Buna səbəb isə Karakasla müqayisədə Nyu-Yorkda temperaturun - 6 dərəcəyə qədər düşməsidir və yüksək rütubət soyuğun daha kəskin hiss olunmasına səbəb olub.
Ekspertlər N.Maduronun təyyarədən enərkən yerişindəki dəyişiklikləri də soyuqdan narahat olmasının əlaməti kimi qiymətləndiriblər.
Siyasət və ticarət
Maduronun həbsi yalnız diplomatik və təhlükəsizlik gündəminə yox, kommersiya bazarına da təsir edib.
ABŞ Prezidenti Donald Trampın paylaşdığı fotolardan sonra Nikolas Maduronun əynində olan boz idman geyimi sosial şəbəkələrdə sürətlə yayılıb. Qısa müddət ərzində həmin modelə və oxşar dizayna malik idman geyimlərinin onlayn satışlarında kəskin artım qeydə alınıb. Bəzi platformalarda məhsulun stoklarının saatlar içində tükəndiyi bildirilib.
Marketinq mütəxəssisləri bu fenomeni “siyasi görüntünün kommersiyalaşması” kimi dəyərləndirir. Tarixdə ilk dəfə deyil ki, bir liderin həbs görüntüsü trend məhsula çevrilir. Amma bu hadisə bir daha göstərdi: müasir dünyada siyasi hadisələr təkcə birjalara yox, pərakəndə satışa da təsir edir.
Hipotermiya riski
ABŞ-də rəsmi mənbələrin məlumatına görə, N.Maduro DEA (Narkotiklərlə Mübarizə İdarəsi) mərkəzinə gətirildikdən sonra onun üzərində aparılan ilkin tibbi yoxlamalarda hipotermiyanın erkən əlamətləri müşahidə edilib. Buna görə də onun daha qalın geyimlə təmin edildiyi, başına beret taxdığı və tibbi nəzarətdə saxlanıldığı bildirilir.
Tibb mütəxəssisləri ani temperatur dəyişikliklərinin xüsusilə xroniki xəstəliyi olan şəxslər üçün ciddi risk yaratdığını vurğulayır. Belə dəyişikliklər tənəffüs yolu infeksiyaları, halsızlıq, boğaz ağrısı və immun zəifləməsi ilə nəticələnə bilər.
Maduronun geyimi tez-tez dəyişsə də, iki detal bütün görüntülərdə sabit qalıb: qalın ağ corablar və başmaqlar.
ABŞ penitensiar sistemində bu kombinasiya standart prosedur sayılır. Məlumata görə, tutulan şəxslərə ayaqqabı verilməməsinin səbəbi təhlükəsizlik risklərini minimuma endirməkdir. Eyni zamanda, bu yanaşma həbsxanalarda göbələk və infeksiya yayılmasının qarşısını almağa xidmət edir.
Maduronun yaxalandığı an ayaqqabı geyinmədiyi də ehtimallar arasındadır ki, bu da ona başmaq verilməsini daha məntiqli edir.
Beləliklə, Nikolas Maduronun gözaltı görüntülərində tez-tez fərqli geyimdə görünməsi təsadüfi və ya estetik seçim deyil. Bu dəyişikliklər gecə basqını, uzun hava yolu daşınması, kəskin iqlim fərqi və tibbi təhlükəsizlik tədbirlərinin nəticəsidir
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?
- Bastrıkinin Kamran Əliyevə təəccüblü məktubu yayıldı - Foto
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır
- Xəzərin dibi ilə optik kabelin çəkilişi nə vaxt bitir?