Əvvəllər televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərmiş Zəhra Quliyevanın sosial şəbəkələrdə aktivləşməsi onun şəxsi həyatını gündəmə gətirib.
"BUTA TV" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Z.Quliyeva son paylaşımlarında terapiyalarla məşğul olduğunu nümayiş etdirir. Bununla əlaqəli tirajlanan xəbər mətnlərində də keçmiş aparıcı sabiq nazir Mədət Quliyevin xanımı kimi təqdim edilsə də, izləyicilər cütlüyün ailə münasibətlərinin bitdiyini, onların rəsmi şəkildə boşandıqlarını qeyd ediblər.
Məlumata görə, Zəhra Quliyeva və Mədət Quliyev bir müddət əvvəl ayrılıblar. Birgə nikahdan doğulan övladlar ana ilə qalır, Mədət Quliyev onların maddi təminatını tam şəkildə qarşılayır.
Qeyd edək ki, general-polkovnik Mədət Quliyev daha əvvəl müdafiə sənayesi naziri vəzifəsində çalışıb. O, 2023-cü ildən Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini icra edir.
- Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto
- Şeyx Zayed Fondundan İlham Əliyev haqqında paylaşım - Video
- Mədət Quliyevlə Zəhra ayrılıb
- Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama
- Bayramov Arakçının müavini ilə görüşdü: İrandakı aksiyalar...
- Bakı 11 nəfəri İrəvana təhvil verdi
- Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi - Koncoryan
- Bu adamyeyənlər Azərbaycanla sülh istəmirlər