Boşanma xəbəri yayılan Mədət Quliyevlə Zəhranın hekayəsi...

21:02 - 23 Yanvar 2026 - CƏMİYYƏT

 Boşanma xəbəri yayılan Mədət Quliyevlə Zəhranın hekayəsi...

Bu gün keçmiş nazir, general-leytenant Mədət Quliyevlə həyat yoldaşı Zəhra Quliyevanın ayrıldıqları barədə təsdiqlənməmiş məlumatlar yayılıb.

İddialara görə, bir müddət əvvəl ayrılan Zəhra Quliyeva və Mədət Quliyevin birgə nikahdan doğulan övladları anaları ilə qalır, Mədət Quliyev isə onların maddi təminatını tam şəkildə qarşılayır.

Xatırladaq ki, bu iddia tərəflərin heç biri tərəfindən təkzib edilməyib. Sadəcə olaraq, Zəhra Quliyeva bu barədə şəxsi İnstaqram hesabında paylaşım edərək ona şəxsi həyatı ilə bağlı sual verilməməsini xahiş edib.

BUTA.TV Savashmedia.az-a istinadla Mədət Quliyevlə Zəhra Quliyevanın birgə həyatı ilə bağlı bəzi maraqlı məqamları oxucuların diqqətinə çatdırır. Beləliklə...

Bu xəbər hal-hazırda çox oxunur
Mədət Quliyevlə Zəhra ayrılıb

Gəncədən Bakıya...

Gəncədə doğulub böyüyən Zəhra 2007-ci ildə Bakıya oxumağa gəlib. Əvvəlcə Bakı Mədəni Maarif Texnikumunun Kulturologiya fakültəsinə daxil olub və oranı 2009 -cu ildə fərqlənmə ilə bitirib. Elə həmin ildə də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub.

Müsahibələrinin birində 9-cu sinifdə oxuyarkən “İnternews”un jurnalistika seminarlarına qatıldığını deyən Zəhra Gəncədə yaşayarkən “Gəncəbasar” qəzetinə 1-2 məqalə də verdiyini bildirib: "Amma 9-cu sinifdə oxuduğumu bildilər, dedilər ki, balaca, get universitetə hazırlaş”.

Jurnalistikanın uşaqlıq arzusu olduğunu deyən Zəhra 2009-cu ildə ANS telekanalıda keçirilən müsabiqəyə qatılb və kanalda fəaliyyətə başlıyıb.

ANS-in aparıcısı...

ANS tetelekanalında “Ağıl dəryası” verlişinin aparıcısı olan Zəhra "Speys" telekanalında “Sənətkar” layihəsi ilə də izləyicilərinin görüşünə gəlib. İlk həyat yoldaşı olan Cavid Rüstəmov ilə də məhz ANS telekanalında tanış olub və onlar 2011 ci ildə ailə həyatı qurublar. Bu evlilikdən Zəhranın Adelya adında bir qız övladı var.

Zəhra 2013-cü ildə analıq məzuniyyəti səbəbi ilə ANS telekanalındakı işindən uzaqlaşıb, elə həmin tarixdə onun keçmiş həyat yoldaşı Cavid Rüstəmov da telekanalla yollarını ayırır.

Qəfil boşanma və yeni evlilik...

2017-ci ildə Cavid Rüstəmov və Zəhra Quliyevanın boşanma xəbərləri dolaşmağa başladı. Bu haqda keçmiş həyat yoldaşı Feysbuk hesabında paylaşım edərək bu cümləni yazmışdı: “Həyatımda qəribə dəyişiklik baş verdi".

Zəhra isə heç nə yazmır və şəxsi həyatı ilə bağlı bütün sualları cavabsız qoyurdu. Amma elə həmin ilin sonlarına doğru Zəhra Rüstəmovanın Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin ovaxtkı rəisi, general-leytenant Mədət Quliyevlə evlənməsi haqda xəbərlər gündəmə gəldi.

Bu iddialarla bağlı son nöqtəni isə elə Zəhranın özü qoydu: O, “Sara Xatun” jurnalına Quliyeva soyadı ilə müsahibə verərək əslində bütün sualları cavablandırmış oldu.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol