Rumıniyanın Moisey (Maramureş bölgəsi) şəhərində keçirilən hüquq parlament komissiyalarının İllik Üçüncü İclasında iştirak etmək böyük şərəfdir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın Rumıniyadakı səfiri Qudsi Osmanov bildirib.
“Bu il keçirilən iclasın mövzusu “Avropa inteqrasiyasının və fundamental hüquqların müdafiəsinin əsası kimi hüququn aliliyi”dir.
Tədbirdə Rumıniya, Moldova, Ukrayna və Albaniyadan parlament nümayəndə heyətləri, həmçinin Rumıniyada akkreditə olunmuş Azərbaycan, Qazaxıstan və Gürcüstanın fövqəladə və səlahiyyətli səfirləri xüsusi qonaq qismində iştirak edirlər.
İclasda çıxışım zamanı qeyd etdim ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüququn aliliyi dövlətçiliyimizin və suverenliyimizin əsasını təşkil edir, eyni zamanda sülhün möhkəmləndirilməsi, regional sabitliyin təmin olunması və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”, - səfir qeyd edib.
- Qarabağı Azərbaycan adlandıran nazirə hücum
- Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir
- Boşanma xəbəri yayılan Mədət Quliyevlə Zəhranın hekayəsi...
- Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər
- Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...
- REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto
- Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib
- Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi