Ermənistan COP17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan bildirib.
Nazir qeyd edib ki, Ermənistan 2026-cı il oktyabrın 18-30-da İrəvanda keçirilməsi planlaşdırılan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Azərbaycan nümayəndə heyətinin iştirakına ümid edir:
"Biz Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırıq. BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci sammitinin keçirilməsi barədə bildirişlər artıq qurumun bütün 196 üzv ölkəsinə göndərilib, tezliklə isə rəsmi dəvətlər çatdırılacaq. Bütün üzv dövlətlər tədbirin tarixləri barədə məlumatlandırılıb. Düşünürəm ki, çox sayda yüksək vəzifəli məmur və nazir iştirak edəcək. Hansı ölkələrin bunu təsdiqləyəcəyi barədə danışmaq hələ tezdir".
- Tramp Bakıya getməli və Əliyevlə... - Dorandan mühüm
- Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan
- İrana gedən azərbaycanlıların sayında artım - Müəmma
- Azərbaycanla sərhəddə 2200-dən çox ev boşaldılıb - Aleksanyan
- İsrail xarici işlər naziri Milli Məclisdə
- BSQ cavablarının öncədən yayılması barədə rəsmi açıqlama
- Canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs olundu
- Azərbaycan bu şəxsləri Moldova və Çinə təhvil verdi