Əpl yeni cihazını təqdim etdi - Foto

13:00 - 27 Yanvar 2026 - IKT

 Əpl yeni cihazını təqdim etdi - Foto

Əpl (Apple) şirkəti vacib əşyaların izlənməsi üçün nəzərdə tutulan “Eirtəq 2” (Airtag) mini brelokunun yeni versiyasını təqdim edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Əpl” şirkətinin rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, “Eirtəq 2” daha uzun məsafədə aşkarlanmanı təmin edən təkmilləşdirilmiş ikinci nəsil çiplə təchiz olunub. Sözügedən çip “Ayfon 17” (İphone 17) modellərində də istifadə edilir.

Məlumata görə, yeni cihaz itirilmiş əşyaların tapılmasını xeyli asanlaşdırır. Dəqiq axtarış funksiyası sayəsində istifadəçilər əşyalarını əvvəlki versiya ilə müqayisədə təxminən 50 faiz daha uzaq məsafədən müəyyən edə bilirlər.

Bu xəbər hal-hazırda çox oxunur
“Kontakt Home” 60% endirimi necə edə bilir?

Qeyd olunub ki, “Eirtəq 2” eyni zamanda yenilənmiş “Blutuz” modulu və təkmilləşdirilmiş dinamiklə təchiz edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol