Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq

20:08 - 28 Yanvar 2026 - GÜNDƏM

 Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq

Bakı Slavyan Universitetində (BSU) fevralın 1-dən etibarən müəllimlərin əməkhaqlarının hesablanmasında yeni sistemə keçid edilir.

BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, universitetdə tətbiq olunacaq differensial əməkhaqqı sistemi çərçivəsində professor-müəllim heyətinin maaşları onların fərdi fəaliyyət göstəricilərinə uyğun olaraq tənzimlənəcək. Üç mərhələdən ibarət olacaq prosesin ilk hissəsində müəllimlərin elmi nəşrləri, tədqiqatları və peşəkar inkişafı qiymətləndirmənin əsas meyarları kimi götürüləcək.

Yeni sistemin ən diqqətçəkən tərəfi maaş artımının dərəcəsidir. Belə ki, reytinq siyahısında ilk 20 yeri tutan müəllimlərin maaşları iki dəfə artırılacaq. Siyahıda 21-60-cı yerlərdə qərarlaşan əməkdaşlar üçün 40 faiz, 61-100-cü yerlərdəkilər üçün isə 20 faiz artım nəzərdə tutulur. Bu prosesdə iştirak könüllü olsa da, tələbələrin müəllimləri qiymətləndirməsi də yekun nəticəyə təsir edən daimi amillərdən biri olacaq. Universitet rəhbərliyi bildirib ki, bu addım həm təhsilin keyfiyyətini yüksəltmək, həm də müəllimlər arasında sağlam rəqabət yaratmaq məqsədi daşıyır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol