Avropa Birliyinin (AB) Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Qert Yan Kopman Azərbaycanın dövlət və hökümət rəsmiləri ilə səmərəli danışıqlar aparıb.
BUTA.TV xəbər verir ki, bu barədə baş direktor X hesabındakı paylaşımında bildirib.
"Avropa Birliyi və Azərbaycan arasında sülh gündəliyi, regional bağlantılar və tərəfdaşlıq məsələləri müzakirə olunub. Prezidentin köməkçisi Hikmət Hacıyev və Elçin Əmirbəyovla (Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi - red.) AB-nin minalardan təmizləmə, sosial-iqtisadi inkişaf sahəsində dəstəyi, eləcə də Orta Dəhliz üzrə əlaqələndirmənin növbəti mərhələləri ətrafında fikir mübadiləsi aparılıb", - paylaşımda qeyd olunub.
- Sabah çimərliklərdə hava necə olacaq?
- “Amay”da öldürülən Orxan iş adamı imiş - Foto
- Məşhur şirkət Azərbaycanda vergi ödəyəcək
- Deputatın oğlu MİT-ə qəbul olundu
- Deputatın oğlu MİT-ə qəbul olundu
- Mozalanın çəkildiyi metro stansiyası hansıdır? - Video
- “Amay”da öldürülən şəxs iş adamı imiş - Fotolar
- 55 yaşlı kişi faciəvi şəkildə öldü