İranın ali dini liderinin müşaviri Əli Şamxani "Əl-Mayadin"ə geniş müsahibəsində Azərbaycanı təhdid edib.
BUTA.TV xəbər verir ki, ABŞ-ın İrana hücum ehtimalından danışan Şamxani müxbirin İranın Körfəz və ya Azərbaycan da daxil olmaqla, bölgədəki bütün ABŞ bazalarına zərbə endirib-endirməyəcəyi ilə bağlı suala Şamxani belə cavab verib:
“Əvvəlki müharibə zamanı İranın qeyd olunan bəzi ərazilərdən təhdid edildiyini göstərən dəqiq məlumatlara malik idik. Artıq səbirli olmaq lazım deyil. Bölgədəki bəzi tərəflərə təmkin göstərməyəcəyimizi bildirdik və digərlərini sənədləşdirilmiş şəkildə məlumatlandırmaq niyyətindəyik”.
Qeyd edək ki, nəinki ABŞ-ın, heç bir ölkənin Azərbaycanda hərbi bazası yoxdur. Bunu Azərbaycanın qonşusu olan İranın yüksək səviyyəli rəsmisi Əli Şamxani də gözəl bilir. Amma nədənsə həmişə başqa bir xarici dövlətin təcavüzü ilə üzləşəndə İran rəsmiləri Azərbaycanı təhdid etməyi özlərinə borc bilirlər.
- Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov
- Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto
- Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan
- Ermənistan vətəndaşlarına bu tarixdə hökm oxunacaq
- İran Azərbaycanda olmayan bazanı vuracaq - Şamxani hədələdi
- Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
- Epşteynin arxasındakı qüvvə: Qlobal elitanı kimlər şantaj edir?
- Azərbaycanda bu deputatlara yeni vəzifə verildi