Bu gün Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq “orta güc” dövlətinə çevrilərək, regional düzəni müəyyənləşdirən əsas ölkələrdəndir. Azərbaycan həmçinin sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini inamla davam etdirir.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
“Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması və benzin ixracatının həyata keçirilməsi də məhz dayanıqlı sülhə xidmət edən addımlardır. Hazırda 16 ölkəyə təbii qaz nəql edən Azərbaycan bütövlükdə regionun enerji təhlükəsizliyinə xüsusi dəstək nümayiş etdirir.
Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin və eləcə də kommunikasiyaların yenidən bərpası məhz regionda sülhün möhkəmlənməsinə xidmət etmiş olacaq. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi isə regionun inkişafı üçün yeni imkanlar yaradacaq.
İlkin qiymətləndirmələr göstərir ki, sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycanla Ermənistan arasında 38 məhsul üzrə qarşılıqlı ticarətin qurulması mümkündür. Bura enerji və eləcə qeyri-neft-qaz məhsulları daxildir. Həmin məhsullar üzrə ölkələr arasında müqayisəli üstünlüklər var. Sülh müqaviləsi imzalanarsa və ticari əlaqələr bərpa edilərsə, Azərbaycanla Ermənistan arasında illik 300 milyon dollarlıq ticarət dövriyyəsi formalaşa bilər. Təbii ki, bütün bunlar birmənalı şəkildə Ermənistanın sülhə necə sadiq qalacağından asılı olacaq. Azərbaycan regionda dayanıqlı sülhdə maraqlı olmaqla yanaşı, hər zaman milli maraqlarını qorumaq gücündədir”, - deyə millət vəkili vurğulayıb.
- Bakı ilə İravan arasında yüzmilyonlarla ticarət...
- İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış
- Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi
- Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov
- Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto
- Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan
- Ermənistan vətəndaşlarına bu tarixdə hökm oxunacaq
- İran Azərbaycanda olmayan bazanı vuracaq - Şamxani hədələdi