İcra başçısı vətəndaş qəbulunu Putinin masası stilində keçirdi – FOTOLAR

19:36 - 4 Fevral 2026 - CƏMİYYƏT

 İcra başçısı vətəndaş qəbulunu Putinin masası stilində keçirdi – FOTOLAR

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhəri və rayonun Xeyrimli kəndinin bir qrup sakinini qəbul edib.

Görüşə rayonun bir sıra vəzifəli şəxsləri də qatılıb. Qazax Rayon İcra Hakimiyyətinin rəsmi saytında dərc olunan fotolarda əsas diqqətçəkən məqam Rəcəb Babaşovun əyləşdiyi masada boş yerlər olmasına baxmayaraq, vətəndaşların xeyli kənarda oturtmasıdır.

O, təkcə sakinlərlə deyil, rayonun bəzi vəzifəli şəxsləri ilə də eyni formada davranıb. Fotolardan məlum olur ki, rayonun daha iki rəsmisi görüşün hansısa hissəsinə qatılıb (bəzi rəsmilər əvvəldən sonadək görüşdə iştirak ediblər). İcra başçısı onları da masanın aşağı hissəsində əyləşdirib.

R.Babaşovun bu davranışı sakinlərin ciddi narazılığına səbəb olub. Onlar məsələ ilə bağlı müvafiq qurumlara şikayət etməyi planlaşdırırlar.

Bu xəbər hal-hazırda çox oxunur
Müğənni Xananın toyu oldu - VİDEO

Qazaxın icra başçısının vətəndaşlara yanaşması bir neçə il öncə Rusiya Prezidenti Vladimir Putinin Kremldə Fransanın dövlət başçısı Emmanuel Makronla görüşünü xatırladıb. Həmin görüşdə Putin Makronu əli cibində qarşılayıb və uzun masanın aşağı hissəsində əyləşdirib. İcra başçısının qəbul etdiyi vətəndaşlarla davranışı bir növ həmin görüşə bənzəyib.

Qeyd edək ki, R.Babaşov 2009-cu ildən Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol